Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergilər nazirliyinin biznesmen rəhbərləri və … - Vəzifəli şəxslərin şirkətləri – Fotolar

Vergilər nazirliyinin açıqlamasında bu dövlət qurumunda müəyyən struktur və kadr dəyişikiliyi aparılmasına diqqət çəkilir


Ən önəmli təyinat aparat rəhbəri ilə bağlıdır. Nazirliyin Şamaxıdakı Tədris Mərkəzinə direktor göndərilən Əli Həsənovu Ağasəməd Əfəndiyev əvəzləyib.

Bu təyinatadək Ağasəməd Veyis oğlu Əfəndiyev nazirliyin İnsan Resursları İdarəsi rəisinin birinci müavini vəzifəsini daşıyıb. Bu barədə “Azadlıq” Radiosu məlumat verib. Məlumatda həmçinin bildirilir ki, o, nazirlikdə fəaliyyətə başlamazdan öncə bir çox özəl şirkətdə çalışıb.

Həm dövlət məmuru, həm də biznesmen

2aA. Əfəndiyev «Synergy Group» ASC-nin və «Shamkir Capital Group» MMC-nin Müşahidə Şurasının üzvü olub. Burada çalışmaqla yanaşı, ən iri beton təchizatçılarından sayılan «Spark» MMC-nin direktoru vəzifəsini tutub.

2013-cü ilin mayında Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanında qurulan, ancaq aktivləri Şəmkir rayonundakı «Asset Property» MMC-nin idarə olunması da ona tapşırılıb.

Ağasəməd Əfəndiyev 2008-ci ildən bəri «Metropol İnşaat» MMC-nin sahiblərindən biridir.
Diqqət çəkən məqam odur ki, bu təyinatdan sonra A. Əfəndiyev qardaşı Rahimin birbaşa rəhbərlərindən birinə çevrilib.

Rahim Əfəndiyev hazırda Vergilər Nazirliyi Maliyyə-Təsərrüfat İdarəsinin rəisidir.

Riyad Hüseynov

Riyad Hüseynov

Yollar və qardaşlar biznesdə birləşir?

…İndi Vergilər Nazirliyində yüksək vəzifə tutan bir çox şəxsin də yolu əvvəllər biznesdən keçib və bəzən bu yollar heç də birtərəfli olmayıb.

Məsələn, nazir müşaviri vəzifəsini tutan Riyad Zakir oğlu Hüseynov 2012-ci ilədək burada müxtəlif vəzifələrdə çalışıb və həmin il «Synergy Group» ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib.

2014-cü ildə yenidən nazirliyə qayıdıb. Hazırda bu şirkətlər qrupuna onun qardaşı Fərid Hüseynov rəhbərlik etməkdədir.

 Mahir Rəfiyev

 
Mahir Rəfiyev

Mahir Əhmədağa oğlu Rəfiyev də bir vaxtlar nazir Fazil Məmmədovun müşavirlərindən biri idi.

O bu vəzifəyə gəlməzdən öncə «AtaHolding» MMC-də (əvvəllər ASC idi) və onun bəzi törəmə şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

İndi M. Rəfiyev Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisidir.
Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vüqar İsmət oğlu İsmayılov «AtaHolding» MMC-nin və Bank VTB (Azərbaycan) ASC-nin MŞ sədrinin müavini, «Konsaltinq-AZ» MMC-nin baş direktoru, ən azı, 3 şirkətin («Layf Fitnes», «Pegas Marketinq» və «Toskana» MMC-lər) ortaqlarındandır.

Vüqar İsmayılov

Vüqar İsmayılov

Məlumatında həmçinin bildirilir ki, bu yaxınlarda araşdırmaçı jurnalsitlərin beynəlxalq şəbəkəsinin – OCCRP-nin açıqladığı «Panama Papers» sənədlərində vergilər naziri F. Məmmədovun da adı hallandırılıb. «Panama Papers»in bu məlumatı rəsmən təkzib edilməyib.

Onu da qeyd edək ki, həm «Synergy Group» ASC-nin və «Shamkir Capital Group» MMC-nin, həm də «AtaHolding» MMC-nin qeyri-rəsmi sahibi kimi nazir Fazil Məmmədovun adı halllanır. Belə çıxır ki, nazir öz biznes obyektləridə çalışanları nazirlikdə yüksək vəzifəyə təyin edir.

Vergilər Nazirliyinin və adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar