Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergilər Nazirliyinin xətti ilə daxilolmalar üzrə proqnoz 6% artırılır

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 380 mln. manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və ya 5,8% çoxdur


Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsaəsn, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.

Vergilər Nazirliyinin xətti ilə bəzi tədiyyə növləri üzrə gəlirlər aşağıdakı kimi proqnozlaşdırılır:

- hüquqi şəxslərin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş proqnoz 2 mlrd. 533 mln. manat olacaq ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 213 mln. manat və ya 9,2% çoxdur. Nəzərdə tutulan daxilolmaların  1 mlrd. 347 mln. manatı qeyri-neft sektorundan, 1 mlrd. 186 mln. manatı neft sektorundan gözlənilir.

- əlavə dəyər vergisi üzrə 1 mlrd. 813 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 770 mln. manat və ya 29,8% azdır. Nəzərdə tutulan daxilolmaların 1mlrd. 486 mln. manatı qeyri-neft sektorunun, 327 mln. manatı neft sektorunun payına düşür.


- dövlət rüsumu üzrə proqnoz 142 mln. manat nəzərədə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 30 mln. manat və ya 26,8% çoxdur. Artımın səbəbi "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi nəticəsində fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların, minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmalarına, habelə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının tətbiqindən əlavə vəsaitlərin daxilolmasının nəzərdə tutulmasıdır.    "APA-Economics"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar