Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?


Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Elmar Əsədovun tabeçiliyində işləyən Ramiz Babayev adlı vəzifəli şəxs ilə bir neçə gün bundan əvvəl yaranmış idarədaxili qalmaqallı münasibət nəticəsində Ramiz Babayev özünə bıçaq ilə xəsarət yetirmişdir.

“Bildiyiniz kimi Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində bir neçə ay bundan əvvəl sabiq Vergilər Naziri Fazil Məmmədovun ən yaxın hesab olunan adamları ilə bağlı təmizləmə əməliyyatı aparılmışdır. Vergilər Naziri Mikayıl Cabbarovun əmrinə əsasən 64 nəfər işdən kənarlaşdırılmışdır. Bu “Qara siyahıya” əsasən Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentinin rəhbər heyyətli vəzifəli şəxslərə daxil olunmuş hansılar ki, uzun illərdən bəri toxunulmaz hesab olunurdular”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalə müəllifi yazır: “Düzdür bu əmrdən bir müddət sonra bir neçə vəzifəli şəxslər işə bərpə olunmuş, bunun da əsas səbəbi də işə bərpə olunmuş şəxslərlə bağlı yüksək səviyyədə tapşırıqların olması ilə bağlı şaiələr yayılmışdır. Maraqlıdır Vergilər Naziri Mikayıl Cabbarovun növbəti hədəfinə daha hansı vəzifəli şəxslər düşəcək? 

Alınan məlumatlara əsasən Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində çalışan Fazil Məmmədovun komandasına aid edilən bir neçə idarə rəisləri artıq özlərini toxunulmaz hiss etməyə başlayıblar, sanki təmizləmə əməliyyatı onlardan yan keçdiyindən vəzifələrini itirilməməsinə əmin olublar. Onlar çox yüksək arxası olan və uzun müddət ərzində idarə rəisləri çalışan İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Elmar Əsədov, Daxilolma və uçotun təşkili idarəsinin rəisi Şahpur İbrahimov və Bəyannamələr İdarəsinin rəisi Araz Xanməmmədovdur. 

Bu idarə rəisləri Vergilər Naziri Mikayıl Cabbarovun əmrlərinə və tapşırıqlarına deyil, özləri yazdıqları qayda qanuna əməl edirlər. Vergilər Naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunduğu gündən işçilərə qarşı insanı münasibətlərin artırılması və iş saatına ciddi əməl olunması ilə bağlı bütün rəhbər heyyətə sonuncu xəbərdarlıq edilməklə ciddi tapşırıqlarını verməsi məlumdur. Bundan əvvəl olduğu kimi rəhbər vəzifəli şəxslərin istənilən vaxt otboy vermək məsələsinə də son qoyulmasını tapşıraraq iş günlərində saat 18:00 –da işçilərin işi yerlərini tərk edilməsi tapşırılmışdır. 

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Elmar Əsədovun tabeçiliyində işləyən Ramiz Babayev adlı vəzifəli şəxs ilə bir neçə gün bundan əvvəl yaranmış idarədaxili qalmaqallı münasibət nəticəsində Ramiz Babayev özünə bıçaq ilə xəsarət yetirmişdir. Bununla bağlı cinayət işinin açılması heç də bu Departamentə və idarəyə şərəf gətirmir. 

Bu münaqişənin yaranmasına əsas səbəb kimi rəhbər şəxsin özünə tabe olan əməkdaş ilə dil tapa bilməməsi kimi göstərilir, halbuki işçiyə kiçik diqqət göstərməklə məsələni kökündə həll edilməsi mümkün idi. İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Elmar Əsədov, Daxilolma və uçotun təşkili idarəsinin rəisi Şahpur İbrahimov və Bəyannamələr İdarəsinin rəisi Araz Xanməmmədov Vergilər Naziri Mikayıl Cabbarovun tapşırıqlarına məhəl qoymayaraq tabeçilində olan işçilərin incidilməsi, bezdirilməsi və özlərinə tabe olan əməkdaşları istənilən vaxt otboy komandası ilə buraxılması sanki bu Departamentdə özbaşınalığın olması və öz dediklərinin üstündə duraraq, “Burda mənim Bağdadda kor xəlifə”, prinsipi ilə idarə etmək arzularının olması kimi qəbul olunur. Bu cür yüksək vəzifə tutan vergi orqanlarının vəzifəli şəxslərin hərəkətləri ən azı vergilər nazirinin siyasitinə qarşı çıxmaq və ona xəyanat edilməsi kimi başa düşülür. 

Şübhəsiz hər üç idarə rəislərinin arxasında güclü “dayıların” olması onları bu vəzifələri əldən verilməməsinə arxayın edir, əks halda yeni təyin olunan və prinsipiallığı ilə seçilən vergilər nazirin tapşırıqlarına cürət olunmazdı. Görünür ki, Vergilər Naziri Mikayıl Cabbarovun təmizləmə əməliyyatı hələ çox davam edəcək ya da bu strukturdan neqativ halların eşidilməsinə alışmalıyıq”.

Bütün maraqlı tərəfləri dinləməıyə hazırıq... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar