Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək


Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il aprelin 15-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək


DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılıb. 
 
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.
 
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib. 
 
İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar