Cümə axşamı, 24 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Venesuelada üç günlük matəm elan olunub


Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı gənc insanların həlak olması ilə bağlı üç günlük matəm elan edib


“Report” xəbər verir ki, bu barədə “Globovision” məlumat yayıb.

Son məlumata görə, Kyurasao adası yaxınlığında qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, daha 16 nəfər özünü adaya çatdıra bilib. Hadisə zamanı qayıqda 30 nəfər olub.

Digər 9 şəxsin taleyi hələlik məlum deyil.

Qayıq sahildə qayaya toxunaraq parçalanıb.

pia.az
Etiket:
loading...