Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillər həbsdəki ictimai fəallarla görüşdü


Rauf Mirqədirova ancaq iqtidar qəzetləri verilir, NİDA-çılar Ali Məhkəməyə hazırlaşır, Arif Yunusun səhhətində problemlər var...


NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri vəkilləri ilə görüşüblər. Onların vəkili Elton Quliyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, sentyabrın 25-də Rəşadət Axundov, Rəşad Həsənov, Zaur Qurbanlı ilə görüşüb. Ondan əvvəl isə İlkin Rüstəmzadə və Üzeyir Məmmədliyə baş çəkib. 

Vəkilin sözlərinə görə, gənc məhbuslar saxlanma şəraitindən şikayətlənməyiblər, giley-güzar etməyiblər: “Onların əhval-ruhiyyəsi yüksəkdir. Apelyasiya məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə şikayət olunub, prosesin təyin olunacağı vaxtı gözləyirik”.
E.Quliyevin Avropa Şurası prezidentinin Bakı səfərindən və ABŞ prezidentinin siyasi həbslərlə bağlı Azərbaycanın adını çəkməsindən sonra vəziyyətin dəyişəcəyinə böyük ümidi yoxdur: “Hər şey siyasi iradədən asılıdır. NİDA-çı gənclərin azadlığa buraxılması üçün siyasi iradə olmalıdır. Avropa Şurasının təsir mexanizmi yoxdur. Sadəcə, çıxış edirlər, arzularını çatdırırlar və nəticəsiz qalır. Bunu hər dəfə söyləyirik. Hamı da yaxşı başa düşür. Heç bir təzyiq rıçaqı yoxdur. Necə deyərlər, gün batır, bulud dolur, yağış yağır, sonra yenə göy üzü açılır, işıqlanır. Bax belə davam edir. Nə etmək olar? Siyasi iradədən asılı olan bir qərardır”.

Qeyd edək ki, NİDA VH üzvləri kütləvi iğtişaşlara yaratmaqda ittiham olunaraq həbs ediliblər. Gənclərə 5-8 il arasında hökm oxunub. 

Dövlətə xəyanətdə ittiham edilərək həbs olunan jurnalist Rauf Mirqədirov da saxlanma şəraitindən narazılıq etmir. Vəkili Fuad Ağayev qeyd etdi ki, MTN istintaq təcridxanasında saxlanan jurnalistin səhhətində ciddi bir problem yoxdur. 
Vəkil hazırda istintaqın davam etdiyini və yekunu gözlədiklərini açıqladı. Onun sözlərinə görə, Mirqədirova oxumağa tənqidçi qəzetlərdən heç biri verilmir: “Bazar ertəsi onunla görüşdüm. Şəxsi istəklərini çatdırdı. Ona “İki Sahil”, “Palitra”, “Səs” və digər bu kimi qəzetlər verilir”. 

Vəkil Xalid Bağırov isə sentyabrın 25-də MTN təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusa baş çəkib. “Media forum” saytına danışan vəkil deyib ki, A.Yunusun vəziyyəti stabildir: “Saxlanma şəraiti və səhhəti normaldır. Hər hansı şikayəti yoxdur. Yalnız qanunsuz olaraq tutulmasından şikayətçidir”.
Vəkil açıqlamasında xatırladıb ki, A.Yunus xəstədir, onun ürəyində ciddi problemlər var: “Buna görə də Leyla Yunusun işgəncəyə məruz qaldığı haqda müdafiəçilərinə dediklərini Arif bəyə tam şəkildə çatdırmırıq. Çünki xəstəliyi ciddidir, belə xəbərlərə dərhal pis reaksiya verə bilər”.
A.Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. 
Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır. Son vaxtlar Leyla Yunus dəfələrlə müdafiəçilərinə bildirib ki, təcridxanada ona mənəvi-psixoloji və fiziki təzyiqlər edilir, ona işgəncə verilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu xəbərləri təkzib edib.  

L.Yunusun vəkilləri isə onunla görüşə bilmədikləri və səhhətindən narahat olduqları üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ediblər. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova “Azadlıq” radiosuna deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda saxlanma yerlərinə baş çəkir. Amma hansı saxlanma yerlərinə baş çəkib, kimlərlə görüşüb bu barədə ictimaiyyətə məlumat vermir. Komitə görüş haqqında məlumatı həmin şəxsin yaxınları, ailə üzvləri ilə bölüşür. Komitənin iş prinsipi belədir”.

Hüquq müdafiəçisi İntiqam Əliyev də saxlanma şəraitindən şikayət etmir. Bu haqda “Yeni Müsavat”a danışan oğlu Nəcmi Əliyev dedi ki, iki məhkəmə prosesi olub: “Apelyasiya məhkəməsində ev dustaqlığı və götürülən sənədlərlə bağlı vəsatət qaldırıldı. Lakin heç biri təmin olunmadı. Bacım Nərmin sentyabrın 24-də Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, atamın işi ilə bağlı dindirilib. Özü ilə görüşə bilməmişik. Amma elə bir şikayəti yoxdur”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar