Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkili Yunusların siyasi sığınacaq istəmələrindən xəbərsizdi

Elçin Sadıqov: “Sığınacaq almalarında problem yoxdur”


Azərbaycanı tərk edən hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Hollandiya hökumətindən sığınacaq istəmələri son günlərin əsas xəbərlərindən biri oldu. Sığınacaqla bağlı Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edən Yunuslara yaxın günlərdə cavab veriləcək.

Ötən ayın 19-da müalicə olunmaq üçün ölkəni tərk edən Yunusların əslinə qalsa, bu cür addım atacaqları gözlənilən idi. Cəmiyyət arasında da onların ölkəyə qayıtmayacaqları barədə fikirlər dolaşırdı. Hətta Azərbaycan hakimiyyəti ilə bununla bağlı Yunusların gizli razılaşdığı barədə sensasion xəbərlər də var idi.

Hazırda əsas diqqət ər-arvadın Hollandiyada sığınacaq alıb-almayacaqları ilə bağlıdır. Çünki bu məsələ olduqca müəmmalıdır. Yunusların üzərində 5 illik şərti cəza var və Ali Məhkəmədə davam edən prosesləri hələ bitməyib. Bütün yaranan müəmmaların ətrafında ər-arvadın siyasi mühacir statusunu alacaqları suallar doğurur.

Yunusların vəkili Elçin Sadıqov müsavat.com-a açıqlamasında hüquqlarını qoruduğu şəxslərin müraciətlərindən xəbərsiz olduğunu bildirdi: “Leyla Yunus reabilitasiya üçün Hollandiyaya getmişdi. İyun ayında əməliyyata girməlidir. Səhhəti həddindən artıq ağır olduğundan gümrahlaşmasına ehtiyac var. Ondan sonra əməliyyat olunacaq. Siyasi sığınacaq üçün müraciət etmələri barədə dəqiq məlumatım yoxdur. Amma təbii ki, onların burada dayandırılmış cinayət işi belə müraciət etmələrinə əsas verə bilər. Onların sığınacaq almalarında elə bir problem yoxdur. Leyla Yunusla bağlı məhkəmə qərarlarının siyasi sifariş olduğu hər kəsə bəllidir. Ona görə də, Hollandiya hökuməti bu hüquqdan istifadə edə bilər”.

Hüquqşünas Müzəffər Baxış da Yunusların sığınacaq almalarında problem görmür: “Hamıya bəllidir ki, Yunuslar heç bir cinayət törətmədikləri halda hökumətin sifarişi əsasında hüquq-mühafizə orqanları onlar barədə qanunsuz addımlar ataraq, onları cəzalandırmışdılar. Həmin qərara əsasən, onlar xeyli müddət məhbus həyatı yaşadılar. Hətta sağlamlıqlarını itirdilər. Beynəlxalq hüquqa görə, hüquqlara söykənməyən, qanunları tapdalayan dövlətlərdə əsassız məhkum edilən şəxslərə hökmən siyasi sığınacaq verilir. Düşünürəm ki, Yunuslar düzgün hərəkət ediblər. Onlar Azərbaycan hökumətinin təzyiqlərindən qaçmağa məcbur olublar. Siyasi sığınacaq istəmələri normal bir haldır. XİN-in onların müraciətlərini qəbul edib, hər ikisinə siyasi sığınacaq verəcəyini düşünürəm. Onlar da insan kimi yaşamağa davam edəcəklər. Əgər Yunuslar siyasi mühacir statusu alacaqlarsa, bu hüquqdan istifadə edən şəxslərin birmənalı şəkildə ölkəyə qayıtmadıqları məlumdur. Yəqin ki, onlar da belə edəcəklər. Avropa İttifaqının Azərbaycan hökuməti ilə bağladığı müqavilədən sonra bəzi mühacirlər ölkəyə gələ bildilər. Amma inanmıram ki, Yunuslar indiki hakimiyyətin dövründə Azərbaycana gəlməyə cəhd etsinlər. Gələcəkdə Azərbaycanda demokratik quruluş yaransa, o zaman ola bilsin ki, onlar buraya gəlib-getsinlər, yaxud birdəfəlik burada yaşasınlar. Açığı indiki halda onların Azərbaycana gəlmələrini mən də istəmirəm”.

Qeyd edək ki, Yunusların qızı Dinara Yunus da hazırda Hollandiyada yaşayır. O, 2009-cu ildə Niderland hökumətindən siyasi sığınacaq alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar