Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikanda siqaret satışı qadağan olunur

Papa Fransis Vatikan hüdudları daxilində siqaret satışının qadağan olunmasına göstəriş verib


Sözçü bu qərarı ictimai sağlamlığın qorunması amacı ilə əsaslandırıb.

“Motiv çox sadədir. Müqəddəs İqamətgah insanların sağlamlığına aşkar şəkildə ziyan vuran praktika ilə əlbir ola bilməz,” sözçü Greg Burke bildirib.

O, Dünya Səhiyyə Təşkilatının statistikasına istinad edərək ildə 7 milyon adamın siqaret çəkmək nəticəsində öldüyünü deyib.

Siqaretlər indiyədək Vatikan işçilərinə və pensionerlərə endirimlə satılıb.

Vatikan işçilərinə ayda 5 karton siqaret almağa icazə verilir. Bir çox italyanlar Vatikanda işləyən, ancaq siqaret çəkməyən tanışlarına siqareti oradan almağı xahiş edirlər. Belə ki, Vatikanda satılan siqaretlər İtaliyanın yerdə qalan hissəsində olduğundan xeyli ucuzdur.

Burke etiraf edib ki, siqaret satışları indiyədək dövlət büdcəsi üçün gəlir mənbəyi olub.

“Ancaq heç bir qazanc insan həyatı bahasına başa gəlməməlidir,” sözçü deyib.

Katolik kilsəsinin baş qərargahı sayılan Vatikan Roma şəhəri hüdudlarında yerləşən cırtdan dövlət olaraq divarlarla əhatə olunub. O, azsaylı dövlətlərdəndir ki, siqaret satışını qadağan edir.

2005-ci ildə siqaretin pis karma olduğunu əsas gətirən Bhutan rəsmiləri həmin ölkədə siqaret satışına qadağa qoyublar ("Amerikanın səsi").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar