Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikan oğlanbaz keşişləri necə müdafiə edir


Vatikanın papa Fransiskə olduqca yaxın həm italiyalı, həm də xarici yüksəkçinli prelatları (yüksək vəzifəli ruhani-tərc.) cübbəli bədheybətlərin azyaşlılara münasibətdə cinsi zorakılığı haqda işin irəliləməyinə illərlə imkan verməyiblər. Jurnalistin yeni kitabı bu halları ifşa edir və Vatikan Vatileaks-lə bağlı onu məhkəməyə verib


“Ehtiras” kitabında nməsuliyyət, sükut və dairəvi zəmanətdən danışılır.

Oğlanbaz kerşişləri müdafiə etmiş üç kardinal yüksəliş əldə edib və Universal kilsənin idarə edilməyində papa Fransiskə yardım edən doqquz yüksəkçinli prelatdan ibarət C9 qrupuna düşüb. Uşaq ovçularına seriyalı ərizələr verməmiş və kilsə kassasını qurbanlara dəyən ziyanın ödənilməsi tələblərindən qorumağa cəhd etmiş italiyalı və xarici daha dörd ruhani Müqəddəs taxtın ən yüksək rəhbərliyinə düşüb. İtaliya, İspaniya, Fransa, Belçika və Cənubi Amerikada oğlanbazlıq günahkarlarını ört-basdır etmiş digər keşişlər mükafat kimi mühüm  vəzifə və yaxud mübahisə doğuran kilsə qərarları alıb.

Bir sözlə, Vatikan öz keşişlərinin uşaqlara münasibətdə cinsi cinayətlərinə qarşı artıq çoxdan açıq müharibə elan etsə də, (papa Fransiskin Vatikan taxtına seçilərkən lap əvvəldən təkrar etdiyi kimi, “bu istənilən qiymətə qələbə çalmaq lazım gəldiyi ən önəmli savaşdır”) Berqolyo pontifikatının başlamasından, demək olar, artıq dörd il sonra bu savaşda daha çox çatlar görünür. Təkcə bəzi təyinatlar deyil, həm də cübbəli vəhşilərin indiyədək təsirli miqyası qoruma səbəbləri də təəccüb doğurur: etiqad doktrinası Konqreqasiyasındakı (kilsə icmaları birliyi-tərc.) daxili qaynaqların bildirdiyi kimi, 2013-2015-ci illərdə bütün dünyaya səpələnmiş yeparxiyalardan (dini-inzibati vahid-tərc.) azyaşlılara münasibətdə “həqiqətəbənzər” zorakılıq və cinayət halları barədə 1200 ərizə daxil olub. Bu say 2005-2009-cu illər dövrü ilə müqayisədə praktik olaraq iki dəfə artıb. Bu tendensiya ondan xəbər verir ki, bu taunun kökünün kəsilməyinə hələ çox var. Ərizələr, qurbanlar və onları incidənlər haqda praktik olaraq heç nə məlum deyil (kanonik proseslər indiyə qədər papa sirri ilə müdafiə olunub, sükutu pozanlar isə kilsədən qovulmaq daxil olmaqla ən ciddi cəza növü almaq riskindədir), Fransiskin təşəbbüsü ilə təşkil olunmuş oğlanbazlıqla mübarizə komissiyası isə meydana çıxdığı 2014-cü ildən bəri cəmi üç dəfə plenar toplantıya yığışıb. Bununla belə, o hətta adi hüquqşünaslıq qaydasında məhkəməyə ərizə vermək öhdəliyini də Vatikan qaydalarına daxil edə bilməyib. Halbuki yanvarın 19-da Feltrinelli nəşriyyatında buraxılacaq “Ehtiras” kitabında yüksəkçinli prelatların KİV-ə düşmək qorxusundan Vatikanın pərdəsi altında gizlətdikləri eşidilməmiş əhvalatlardan danışılır.
 
Vatikandakı qara adam

Bu baxımdan Corc Pellin əhvalatı olduqca səciyyəvidir. Papa Fransisk avstraliyalı kardinalı nöqsanlı Roma kuriyasına (papa hakimiyyətinin baş orqanı-tərc.) “öyüd vermək” niyyətilə Romaya çağırıb. Pell bu gün nüfuzlu İqtisadi dəftərxananın rəhbəridir. O, faktiki olaraq Vatikanda üçüncü adamdır. Oğlanbaz keşişlərin işini araşdırmış Kral komissiyasının materiallarını, yeparxiyanın məxfi sənədlərini, Avstraliya kilsəsinin büdcəsini, prelatın və vəkillərinin yazdıqları bəzi məktubları araşdırarkən şübhə yaranır ki, Berqolyo bu vəzifəyə düzgün adam təyin edib. Təkcə ona görə yox ki, son bir neçə ayda beş nəfər onun özünü 70-80-ci illər dövrünə dair cinsi kələklərdə ittiham edir (kardinal bu ittihamları hiddətlə rədd edir), həm də ona görə ki, çox tez-tez keşişlərin cinsi cinayətləri ilə üzləşərək qurbanlarıın ərizələrinin düzgün olduğunu etiraf etsə də, onları ədalətli məhkəmə və mərhəmət imkanından məhrum edib. Təhqiqat komissiyasının yazdığı kimi, “o, xristianlıq baxımından adekvat hərəkətlərdən çəkinib”.

Sözsüz, Pell zoraıkılığın səviyyəsini aşağı salmağa və öz yeparxiyasının xəzinəsini dəyən ziyanın ödənilməsi tələblərindən qorumağa çalışıb. Avstraliya hökumətinin təşəbüsü ilə yaradılmış təşkilatın məhkəmə sənədləri qurşaqdan aşağı zərbədir. Foster ailəsinin işindən başlayaq. Pell katolik məktəbin direktoru Kevin O`Donnellin zorladığı kiçik yaşlı Emma və Keytinin valideynləri Entoni və Kristinin faciəsini araşdırıb  əvvəlcə onlarla şəxsi görüşdən yayınmağa cəhd edib (o, 1996-cı ildə ailənin vəkilinə məktubda sual edir: “Foster ailəsi ilə görüşsəm, onda başqaları ilə də görüşməli olaram. Mənim vaxtım çox azdır. Onların ailəsi digərlərindən nə ilə seçilir?”). Sonra isə 50 min Avstraliya dollarına (30 min avro) zorla çatan məbləğlə ziyanın ödənməsi vasitəsilə işi bağlamağa səy göstərib. Xanım Foster hakimlərə danışıb ki, onların evində ilk görüş zamanı  o vaxt baş keşiş vəzifəsni tutan ruhanini ittham edən ərinin narazılığını görə Pell kilsənin pul kisəsini qorumaq cəhdilə quru şəkildə cavab verib: “Hərəkətimiz xoşuna gəlmirsə, bizi məhkəməyə ver”.

Komissiyanın sənədlərində oxuyuruq: “Xanım Forster xatırlayır ki,  О`Donella atanın kələyinin balaca qurbanlarının valideynləri ilə görüş vaxtı bəzi oğlanbaz keşişlərin niyə indiyədək Melburn kilsələrində xidmət etdiyi haqda suala baş keşiş Pell cavab verib: “Məhkəmə əksini göstərən sübutlar təqdim etməyincə bunların hamısı dedi-qodudur, mən isə dedi-qoduları dinləmirəm”.

Pell, nəhayət, 1998-cin il avqustun 26-da Fosterlərə üzr məktubu göndərib və qeydə kiçik qız Emmaya dəyən ziyanın 30 min avro qədərində ödənməsi haqda formal təklif əlavə edib. “Emmaya ziyanın bədəli bu ümidlə təklif edilir ki, bu onun reabilitasiyasına yardım edər və məhkəmə dartışmamıza gerçək alternativ olar. Əks halda sərt müdafiə xətti quracağıq”.

Qızın valideynləri məktubu oxuyub qəzəbləndilər: həm həqarətli rəqəmə görə, həm də təklifdən imtina halında “sərt müdafiə xətti qurmaq” təhdidinə görə.

Pell 2014-cü ildə istintaqda deyib: “Razıyam ki, bu ifadə çox da uğurlu deyildi, amma hesab edirəm ki, hərdən bəzi sözləri təhqirli saymaq lazım deyil”.

Mərhəmətdən məhrum olanlar

Nəticədə Fosterlər boyun əyiblər. Pul, doğrudan da, az idi, amma ailə qəbul edib. Lakin bunun heç bir faydası olmayacaq. Emma 2008-ci ildə məktəbin qoca direktorunun baxış və toxunuşlarını unutmağa məcbur edəcək ölümcül eroin dozası qəbul edərək intihar edib. 30 min avro və yaxud 50 min Avstraliya dolları Fransiskin baş köməkçisinin yaratdığı ziyanın bədəli sisteminin təklif etdiyi maksimal məbləğdir. Bu hədd 2008-ci ildə 75 min avroya qədər qaldırılıb. Şəhər yeparxiyasının hesabdarlıq məlumatlarının təhlili göstərir ki, 1996-2014-cü illərdə keşişlər tərəfindən cinsi zorakılıqla bağlı ziyanm bədəli tələb etmiş 300-ə yaxın qurbanın hər biri orta hesabla 20 min avro, yəni təxminən 32 min dollar tələb edib. Bu, yaxşı komplektləşdirilmiş “Fiat 500”-ün  dəyəridir.

Bu məbləğ həm də ona görə heç nədir ki, 2001-ci ilədək Pellin rəhbərliyi altında olan arxiyeparxiya çox varlıdır (həmin ilin martında vəzifəsini yüksəldiblər və Sidneyin baş keşişi olub). O, iki şirkətə – sərəncamında nəqd pul, daşınmaz mülk (ev və mənzillər) olan Roman Catholic Trust Corporation (Roma katolik kilsəsinin trast korporasiyası) və Catholic Development Fund (Katolik inkişaf fondu) nəzarət edir. Bu şirkətlər səkkizrəqəmli məbləğdə səhm və istiqrazlara yatırım qoyur. Maliyyə gəliri və möminlərin ianəsi nəzərə alınmaqla təkcə 2013-cü ildə mədaxilin dəyəri 108 milyon Avstraliya dollarından çox olub. Eyni zamanda hazırda arxiyeparxiyanın sərəncamındakı aktivlərin dəyəri, demək olar, 1,3 milyard dollar təşkil edir. Dəqiq bu cürdür: 1,3 milyard dollar. Əslində, Pell və ardıcılları yerli keşişlərin oğlanbazlığı haqda iş üzrə xoşagəlməz iddiaları bağlamaq üçün, az qala, 10 milyon dollar, yəni yeparxiya sərvətinin 0,7%-i təşkil edən ümumi məbləğdən imtina ediblər.

Fosterlər pulu Emmanın müalicəsi üçün qəbul etdikdən bir neçə il sonra dünyəvi ədalətin də ilahi ədalət qədər simic olub-olmadığını ayırd etməyi qərara alıb mülki proses başlayırlar. Bu, ziyanın bədəl məbləğini xeyli yüksəldərək Melbourne Response sisteminin fəlsəfəsini təpəüstə qoyur: kilsə proses nəricəsində Fosterlərə 750 min dollar ödəmək üçün razılaşmağa məcbur olur.

Emmanın işi Pelli pis vəziyyətdə qoyan yeganə iş deyil. Kral komissiyasının on minlərlə materialı içində onun yeparxiyasının qurbanlara yardımda xəsislik edərək həbsdən çıxan oğlanbaz keşişlərə yardımı heç nə ilə məhdudlaşdırmadığını sübut  edən sənəd və protokollar var. Pellin canişini, cinsi hücuma görə ərziə vermək istəyən qadını “Rədd ol cəhənnmə, qancıq!” sözləri ilə Avstraliyada ad çıxartmış baş keşiş Denis Ceyms Hart istintaq vaxtı boynuna alıb ki, Melburn yeparxiyası keçmiş oğlanbaz keşişlərə yardım etmək üçün yüz minlərlə dollar sərf edərək maaşlarını, kirayəni, tibbi və hətta avtomobil sığortasını ödəyib.  

1996-cı il 2 oktyabr tarixli daxili sənəd göstərir ki, Pellin sədrliyi ilə toplantı keçirilib və o, yüksəkçinli prelatlarla aralarında Maykl Qlennonun olduğu üç keşişə həbsdən çıxdıqdan sonra necə yardım etməyin mümkünlüyünü müzakirə ediblər. Görüşün protokolunda oxuyuruq: “Box Hill binasında yer (ayrıca mənzil) ayrılması imkanı. Maddə 15. Həbsxanadan çıxmış keşişlərə yardım haqda təklif. MakMehon ata zəruri tibbi xidmət haqda danışıb və baş keşiş Pellin xahişi ilə bu cür yardımın təşkili üçün gərəkli şeylərdən danışıb”.

Uşaqlara münasibətdə hesabında 21 zorakılıq olan Uilfred Beyker ata pensiya və kirayə ödənişiindən başqa 2014-cü ildə kuriyadan 21 min dollar (The Age qəzetində qeyd olunur ki, bu, təqaüdün mümkün maksimal həddidir) ödəniş alıbsa, həmçinin cinsi cinayətə görə mühakimə olunmuş Desmond Gennon və Devid Deniel sadəcə kəsilmiş maaşlarını alıblar. Hakimlər sonradan müəyyən ediblər ki, oğlanbaz Glennona bank köçürmələri silsiləsi elə şəkildə təşkil olunub ki, “yardım haqda məlumat ictimaiyyətə məlum olmasın”. Hesabatlarda qeyd olunub ki, qəzəbə gəlmiş Avstraliya keşişlərinə yardım pulu kilsənin xeyli dərəcədə ziyarətçilərin sədəqəsi hesabına maliyyələşən Təqaüd fondundan götürülüb. Bunların içində paradoksal şəkildə həm də zorakılıq qurbanlarının bir neçə ailəsi olub.

Cinayətlərin gizlədilməsi

Lakin Fransisk tərəfdən dəstək alan kardinalın dolabda başqa skeletləri də var: o, seriyalı oğlanbaz, keçmiş qonşusu Cerald Risdeyli müdafiə edib (Pellin bu manyakla qol-qola fotoşəklinin çıxdığı Kral komissiyasının materiallarından belə çıxır: ağır ittihamlara baxmayaraq, o, qonşusunu proses üzrə ilk dinləməyə ötürməyi qət edib; bununla belə həm Pell, həm də də başqa katolik yepiskoplar oğlanbaz həmkarlarının  qurbanlarını məhkəməyə bircə dəfə də müşayiət etməyiblər). O həmçinin keşiş Edvard Doulanın kardinalın doğma şəhərindəki Bakkarat katolik kollecində bəzi uşaqları təngə gətirdiyi haqda məlumat vermək istəyən oğlanı dinləmək istəməyib. (Şahid Timoti Qrin öz ifadəsində göstərib: “O, otaqdan çıxarkən mənə heç fikir vermədən dedi: “Cəfəngiyyat danışma”. Onun reaksiyası məndə təəssürat yaradıb ki, Doluan qardaşla tanışdır, lakin bununla bağlı heç bir tədbir görə bilmir və yaxud istəmir”).

Lakin bu da hamısı deyil. Vatikanın maliyyə naziri qurbanlardan birini satın almağa səy edib (“məndən soruşdu ki, bunun məni narahat etdiyini tərgitmək üçün nə istəyirəm, – Risdeyl atanın zorakılığa məruz qalmış qardaşı oğlu danışır. – Çaşqınlıq içində bacıma zəng edib dedim ki, bu düdəmə məni satın almağa cəhd edir”).

O həmçinin qurbana ziyan bədəli ödəməmək üçün, ən azı, bir oğlanbazlıq halıyla bağlı yalan ifadələr verib. İrəli sürülmüş ittihamlara, onlarla ciddi şahid ifadəsi və sənədə baxmayaraq Pell Vatikandan daim dəstək alıb və indiyədək Universal kilsəni idarə etməyə kömək etməkdən yana pontifikin özünün təyin etdiyi Doqquzlar Şurasına daxildir. Bu, son dərəcə mübahisəli irəliləyişdə heç də yeganə hal deyil. Pontifikə yaxın şəxslər çevrəsinə daxil olan Fransisko Errazurits də papanın ən yaxın silahdaşıdır. Santyaqo-de-Çilinin bu gün Müqəddəs taxtın 90 təmsilçisindən biri olmuş keçmiş baş keşişi öz canişini Rikardo Essati və yeni yepiskop Osorno Xuan Barros Madridlə birlikdə Fernando Karadima ata ilə bağlı qalmaqalda barmağı var. Kardinalın təsdiq etdiyi kimi, keşiş Çili prelatlarının üç nəslinə təhsil verib. Orta təbəqə və bütün keşişlərin fikrincə, o, bir növ “diri müqəddəs” idi. Bununla belə, död nəfərin, ordinar hakimlərin və hətta etiqad doktrinası Konqreqasiyasının ittihamından göründüyü kimi, o bu obrazın arxasında tamamilə başqa bir simanı –  yeniyetmələrin həyatın məhv edən seriyalı cinayətkarı gizlədib.

Məhkəmə müstəntiqi Cessiki Qonsalesin təhqiqatını Çili kuriyasının daxili araşdırmalarının bərpa edildiyi və Errazurits atanın məhkəmə araşdırmasını sonzsuz dərəcədə uzatmaq yoluyla qalmaqaldan yayınmağa cəhd etdiyi 84 səhifəlik sənədə toplamaq olar: kardinalın hələ 2003-cü ildə zorakılıq faktlarından xəbərdar olduğuna baxmayaraq, Errazurits bununla bağlı sənədləri Romaya yalnız 2010-cu ildə göndərib. Kardinala müraciətdən sonra ədalət mühakiməsinə nail ola bilməyən qurbanlar zorakılıq halları barədə geniş ictimaiyyətə danışmaq qərarına gəliblər.

Errazurits protokolda izah edib ki, bu cür ittihamlara heç vaxt inanmayıb və vətənində onu cinayətləri ört-basdır etməkdə ittiham edənlərə rişxənd edib. Sözsüz ki, o, 2006-cı ildə kuriyanın digər üzvlərinin davam etdirmək istədiyi daxil təhqiqat dayandırıldıqdan sonra don Karadimaya işdən getməyi xahiş edib. Lakin istisnasız olaraq ahıl yaşına görə. “Əziz Fernando, – Çili qəzetində dərc edilmiş özəl ismarıcda oxuyuruq. – 50 yaşınızın mənsəbdə qeyd edilməyi böyük yubiley olacaq. Heç kim deyə bilməz ki, bunu lazımi şəkildə qeyd etməyiblər”.

Cinayət məhkəməsi araşdırmanın sonunda zorakılıq faktını təsdiqləyib, lakin cinayətin vaxtı keçdiyinə görə cəzadan imtina etməli olub. Konqreqasiya Karadimanı “ibadət həyatı”na məhkum etdi. 2013-cü ildə Santyaqo arxiyeparxiyasına qarşı dörd qurban tərəfindən 450 milyon pesoluq iddia qaldırdığı mülki iş açılıb.

Pell və Errazuritslə bərabər Doqquz kardinal Şurasında həmçinin qrupun koordinatoru və papanın daha çox qulaq asdığı kardinallardan biri Oskar Rodriqes Maradiaqa da var. Az adam bilir ki, kardinallar 2003-2004-cü illərdə Hondurasda Tequsiqalpa arxiyepiskopluğunun nəzarətindəki yeparxiyaların birində Kosta Rika polisinin cinsi zorakılıqda ittiham etdiyi keşişi qəbul ediblər. İnterpol gizlənən cinayətkarı – don Enriko Vaskesi 1998-ci ildən axtarır: Nikaraqua, Nyu-York, Konnektikut və Meksikadakı keşişlər üçün sanatoriya arasında qaçaq dolaşan don Enrike bir neçə ay Hinopedə gizlənəcək və burada kilsədə vəzifə alacaq. Jurnalist Bruks Eggerton danışır ki, o zaman Maradiaqanın oğlanbazın orada olduğunu inkar etməyən, lakin kilsədəki rolunu minimuma endirən katibindən “Dallas Morning News” qəzeti üçün müsahibnə almağa nail olub. Lakin fəaliyyətdə olan kardinal onun suallarını cavablandırmaq istəməyib. Eggerton ehtimal irəli sürür: “Müsahibə aldığım İnterpol xəfiyyəsinin danışdığı kimi, yeparxiya məmurları anlayıblar ki, don Enrike ilə bağlı problemləri yaranıb və ondan canlarını qurtarıblar”.

…Orijinal sənədlər və ifadələr göstərir ki, kilsə məmurlarının öz qotur qoyunlarını qoruduğu sistem 2017-ci ildə hələ də tam gücü ilə işləyəcək.(Strateq.az)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar