Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasitəçi “mehriban düşmənlər”in sülh imitasiyası


Müharibə qaçılmaza çevrilir; erməni ekspertlərdən xoflu açıqlamalar: “Bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər”, “Müşahidəçilərin sayının artması heç nə demək deyil...”


ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2018-ci il üçün bölgəmizə ilk səfəri başa çatdı. Məlumatlara görə, budəfəki səfərdə ən çox atəşkəs rejimini möhkəmlətmək yönündə səylər diqqət mərkəzində olub. Bu məqsədlə Bakı və İrəvanda əsasən təmas xəttində müşahidəçilərin sayının artırılmasının müzakirə edildiyi bildirilir.

Lakin zaman-zaman vurğulandığı kimi, Azərbaycan sırf atəşkəs rejiminin möhkəmlənməsinə, deməli, həm də status-kvonun, işğal rejiminin uzanmasına xidmət edən təklifləri dəstəkləməyəcək. Bundan ötrü vacibdir ki, eyni vaxtda Dağlıq Qarabağ konfliktinin həllində irəliləyiş olsun, daha dəqiqi, torpaqlarımızın işğaldan azad edilməsinə başlansın.  

Prosesin bu axarda getməsi üçünsə, əlbəttə ki, ilk növbədə vasitəçi dövlətlərin Ermənistana təzyiqi olmalıdır. Bu isə hələ ki gözə dəymir. Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflərə bərabər gözlə baxılması siyasəti, onlardan bərabər güzəştlər tələb edilməsi, danışıqların imitasiyası davam edir. Bu isə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin ruhuna və tələbinə daban-dabana ziddir.

*****

Şübhəsiz ki, üç böyük dövlət - Rusiya, ABŞ və Fransa istəsə İrəvana təsir edib onu işğala son qoymağa vadar edə bilər. Di gəl, həmsədrlər bir qayda olaraq, regiona turist səfərləri ilə öz işlərini bitmiş hesab edirlər. Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin isə erməni nəşrinə müsahibəsində deyir ki, Dağlıq Qarabağa dair yekun qərar Bakının və İrəvanın əlindədir. “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz”, - deyə o bildirib.

Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığı sahədir. Minsk Qrupunda Rusiya, Fransa və ABŞ vasitəçilik edir. Bu isə o deməkdir ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilər. Münaqişənin tənzimlənməsində yalnız AzərbaycanErmənistan razılığa gələ bilər. ABŞ və Fransa ilə birlikdə Rusiya buna şəraitin yaradılması üçün əlindən gələni edir. Odur ki, yekun qərar İrəvan və Bakının əlindədir” - diplomat əlavə edib və bununla bir daha təmsil elədiyi ölkənin - Rusiyanın mövqeyini ifadə edib. O mövqe ki, konfliktin həm dinc yolla həllinə, həm də hərbi yolla nizamlanmasına əsas əngəl olaraq qalır.

İşğalçı Ermənistan isə hazırda bir-biri ilə faktiki, “mehriban düşmənlər” durumunda olan vasitəçi dövlətlərin, ələlxüsus Rusiyanın Qarabağ siyasətindən məharətlə yararlanaraq, ədalətli sülh anlaşmasından və konstruktivlikdən israrla qaçır, Azərbaycan ərazilərinin işğalını rəsmiləşdirmək cəhdlərindən inadla əl çəkmir.  

Təsadüfi deyil ki, bu arada Ermənistan prezidentliyinə əsas namizəd Armen Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub, Xankəndində separatçı rejimin başçısı Bako Saakyanla, erməni icmasının nümayəndələri ilə də görüşüb. Demək, o da prezident seçiləcəyi təqdirdə İrəvanın ənənəvi işğal siyasətini davam etdirəcək - təbii ki, Moskvaya əmin-arxayın olaraq. 

*****

Lakin erməni tərəfində haqlı olaraq bir müharibə xofu da yaşanır. Düşmən xüsusilə Azərbaycandan aldığı 2016-cı ilin aprel dərsini unutmayıb. Bu mənada heç bir atəşkəs rejimi işğalçını haqq elədiyi cəzadan xilas edə bilməz.

Yeri gəlmişkən, prezident İlham Əliyevin YAP-ın son qurultayında “İrəvan və Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, ora qayıtmaq strateji hədəfimizdir” sözləri də Ermənistanda xof yaradıb. İşğalçı ölkədə hətta səfərbərlik çağırışları səsləndirilir. “168 jam” qəzeti bu xüsusda Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb (Publika.az). Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb.

“Bu, təkcə ordunun hərəkətə keçməsi, silahların cəbhəyə göndərilməsi demək deyil. ilk növbədə rəqabətə davamlı dövlət modelinin yaradılmasıdır. Bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil və İlham Əliyev bu sözləri söz xətrinə söyləmir. Ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənistan buna qarşı nə etməlidir? Hazırda Ermənistandakı siyasi və iqtisadi sistem dövlətin davamlı olmadığını göstərir. Gələcəkdə dövlət olaraq qalmaq üçün təhlükəsizlik skeleti yaradılmalı, müasirləşdirmə prosesi aparılmalıdır. Azərbaycanın qarşısında gücsüz duruma düşməmək üçün vacib addımlar atılmalıdır. Ermənistanın resurslarını səfərbər etmək lazımdır. Ən vacib məqam xarici dəstəyin alınmasıdır. Çünki bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər, əks təqdirdə, Bakı strateji hədəfinə nail olacaq. Elə etməliyik ki, Azərbaycan ”İrəvan strateji hədəfimizdir" deyəndə bu, beynəlxalq etiraza səbəb olsun və dünya bunu İrəvan yox, Moskva, Vyana və Brüssel olaraq qəbul etsin", - deyə o bildirib.

“Kasprşik qrupu üzvlərinin sayının və ya formatının dəyişməsi Dağlıq Qarabağ konfliktinin nizamlanmasına təsir edə bilməz. Məgər Minsk Qrupu, KTMT aprel müharibəsindən əvvəl və sonra yox idi? Amma müharibə yenə baş verdi”. “Yeni Müsavat”ı məlumatına görə, bu sözləri isə digər erməni ekspert Levon Şirinyan Lragir.am saytına müsahibəsində bildirib.

“Odur ki, müşahidəçilərin sayının artması heç nə demək deyil. Hərçənd, mən əminəm ki, Rusiya qəti şəkildə buna qarşıdır. Doğrudur, Moskva məcbur olub ”hə" deyir. Ancaq martda Rusiyada da prezident seçkisidir. Odur ki, aprel üçün Rusiya artıq hər şeyə hazır olacaq. Putin seçkidən sonra postsovet ölkələrini yığa bilər. Mən bunu NATO-nun bizimlə təmaslarının artması ilə əlaqələndirirəm. “Sabitləşmə”dən sonra Rusiyadakı rejim postsovet məkanında “əks-hücuma” keçə bilər. İstisna deyil ki, o, məhz Ermənistandan başlayacaq", - deyə erməni ekspert əlavə edib.

*****

Ancaq bir gerçək də var ki, Rusiya ermənilərin “ətini yesə də sümüyünü atmaz”. Çünki işğalçı Ermənistan Kremlin bölgədəki yeganə legitim hərbi qalası, forpostudur. Nə qonşu Azərbaycan, nə də Gürcüstan ərazisində Rusiyanın qanuni hərbi bazaları mövcud deyil. Üstəlik, Moskva Ermənistandakı hərbi bazalar vasitəsilə böyük bir bölgəyə nəzarət edir, özünün geosiyasi maraqlarına hər hansı təhlükənin olmasına çalışır...(musavat.com)

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar