Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasitəçi dövlətlər işğal altında olan Dağlıq Qarabağda keçirilən “referendum”u dəstəkləyir?


Zaur Məmmədov: “Keçiriləcək referendum ABŞ və Rusiyanın münaqişənin həllində yeganə yol kimi göstərdikləri sülh danışıqlarına mənfi təsir göstərəcək”


Tərlan Eyvazov: “Rusiya XİN-in açıqlaması bir-birini təkzib edən məsələlərdir”

Qondarma “Dağlıq Qarabağ Respublikası”nda  fevralın 20-də “referendum” keçiriləcəyi nəzərdə tutulub. Bu barədə qondarma rejimin lideri Bako Saakyan sərəncam imzalayıb. “Referendum” “prezident səlahiyyətləri”nin artırılmasını nəzərdə tutur. Rusiya Xarici İşlər Nazirliyi isə Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi “referendum”a münasibət bildirərkən Dağlıq Qarabağın statusunun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmasını qeyd edib. Eyni zamanda Nazirlik nizamlanmanın gedişinin “konstitusiya referendumu”nun keçirilməsindən asılı olmadığını vurğulayıb. 

Bir neçə  gün əvvəl ABŞ rəsmiləri Cənubi Osetiya ilə bağlı bəyanat səsləndirsələr də, Dağlıq Qarabağdakı referendum barədə susqunluq nümayiş etdiriblər. Srağagün isə faktiki olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Rusiya XİN və ABŞ-ın Azərbaycandakı səfirləri tərəfindən bir-birinə oxşar bəyanatlar yayılıb və  bu bəyanatlar da işğal edilmiş Azərbaycan ərazilərində “referendum” keçirərək bölgədəki sülhü təhlükə altına atan erməni tərəfi qınanmır. Vasitəçi dövlətlərin bu qeyri-müəyyən mövqeləri onların  dolayı yolla qondarma referendumu dəstəklədiyinə əsas verirmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Tərlan Eyvazov və politoloq Zaur Məmmədova müraciət edib.

Image result for zaur məmmədov
Zaur Məmmədov: “Ermənistanın son zamanlar apardığı siyasət Azərbaycanı faktiki olaraq müharibəyə təhrik edir”.


Qondarma “Dağlıq Qarabağ Respublikası”nda referendumun keçirilməsinin beynəlxalq hüququ pozduğunu bildirən politoloq Zaur Məmmədovun fikrincə, Ermənistanın bu siyasəti münaqişənin sülh yolu ilə həll olunmasını çətinləşdirir:

“Fevralın 20-də seperatçı rejim tərəfindən keçiriləcək qeyri-qanuni referendum indiki şəraitdə Ermənistan tərəfinin necə alçaq bir siyasət apardığını bir daha sübut etmiş oldu. 2016-cı il ərzində danışıqlarda bir sıra irəliləyişlərə nail olmaq olardı, lakin  erməni tərəfinin həmişəki kimi qeyri-konstruktivliyi nəticəsində bu baş vermədi. Ermənistanın son zamanlar apardığı siyasət Azərbaycanı faktiki olaraq müharibəyə  təhrik edir. 
2 gün sonra baş tutacaq referendumla bağlı istər ABŞ başda olmaqla bir sıra Qərb ölkələrinin, istərsə də Rusiyanın verəcəkləri bəyanatlar Azərbaycan üçün çox maraqlıdır. Bir neçə  gün əvvəl ABŞ rəsmiləri Cənubi Osetiya ilə bağlı bəyanat səsləndirsələr də, Dağlıq Qarabağdakı referendum barədə bir kəlmə belə deməyiblər. Dünən isə faktiki olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Rusiya XİN və ABŞ-ın Azərbaycandakı səfiri tərəfindən bir-birinə oxşar bəyanatlar səsləndirilib. 

 Yaxşı olardı ki, Rusiya başda olmaqla həmsədr dövlətlər referendumun baş tutmaması üçün səy göstərərdilər. Əgər söhbət Rusiyanın vasitəçiliyi ilə danışıqlarda irəliləyişlərə nail olmaqdan gedirsə, o zaman indiki halda rəsmi Moskva ermənilərə bu referendumun keçirilməsinə imkan verməməli idi. Təbii ki, keçiriləcək referendum ABŞRusiyanın münaqişənin həllində yeganə yol kimi göstərdikləri sülh danışıqlarına mənfi təsir göstərəcək.  Bu referendum beynəlxalq hüququ açıq aşkar pozmaq deməkdir”.

Image result for tərlan eyvazov

Tərlan Eyvazov: “Rusiya Qarabağ məsələsində heç də tam səmimi deyil”. 


Rusiya XİN-nin Qarabağda keçiriləcək qondarma “referendum”la bağlı açıqlamasının diplomatik oyunun bir parçası olduğunu vurğulayan politoloqa görə, Azərbaycanın iqtisadi, siyasi baxımdan Rusiya üçün önəmli ölkə olduğuna və eyni zamanda Rusiya Ermənistanla mütəffiqliyinə görə Qarabağ məsələsində ikili standart nümayiş etdirməyə məcburdur: 

Rusiya XİN-in açıqlaması bir-birini təkzib edən məsələlərdir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir mövqedən çıxış edən Rusiya, ərazi bütövlüyü çərçivəsində gedən danışıqlara vasitəçilik edirsə, digər tərəfdən də tamamilə qondarma olan qurumun hansısa “referedum”unun keçirilməsini necə dəstəkləyə bilər? Bunlar tamamilə diplomatik oyunlardır. Bu onu göstərir ki, Rusiya Qarabağ məsələsində heç də tam səmimi deyil. Rusiya XİN-in bu açıqlaması hər iki ölkə ilə münasibətləri  tarazlamaqdan ibarətdir. 

Dünən elə iki böyük dövlətin baş qərargah rəislərinin Bakıda görüşməsi istər Rusiya, istərsə də ABŞ üçün Azərbaycanın nə qədər önəmli olduğunu göstərir. Gürcüstan həm NATO, həm də ABŞ-a Azərbaycandan çox yaxındır. Eyni zamanda Ermənistan Rusiyaya yaxındır. Ancaq görüş bu ölkələrin heç birində keçirilmir. Ən ortaq nöqtə Azərbaycan seçilibsə, deməli Azərbaycanın hər iki ölkə ilə yürütdüyü xarici siyasət düzgün siyasətdir”. 

Gülşən ŞƏRİF 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar