Xəbər xətti

18 FEVRAL

12:50 Sumqayıtda ağır qəza: 4 qadın yaralandı

12:44 Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

12:38 Azərbaycanda sərnişindaşıma xidmətlərinin qiymətləri 3% ucuzlaşıb

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

12:06 İranda sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

23:12 “Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”



ANALİZ

...

Vasitəçi “mehriban düşmənlər”in sülh imitasiyası

Tarix 12.02.18, 9:39

Font ölçüsü : - / +
bitmap-img6


Müharibə qaçılmaza çevrilir; erməni ekspertlərdən xoflu açıqlamalar: “Bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər”, “Müşahidəçilərin sayının artması heç nə demək deyil...”


ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2018-ci il üçün bölgəmizə ilk səfəri başa çatdı. Məlumatlara görə, budəfəki səfərdə ən çox atəşkəs rejimini möhkəmlətmək yönündə səylər diqqət mərkəzində olub. Bu məqsədlə Bakı və İrəvanda əsasən təmas xəttində müşahidəçilərin sayının artırılmasının müzakirə edildiyi bildirilir.

Lakin zaman-zaman vurğulandığı kimi, Azərbaycan sırf atəşkəs rejiminin möhkəmlənməsinə, deməli, həm də status-kvonun, işğal rejiminin uzanmasına xidmət edən təklifləri dəstəkləməyəcək. Bundan ötrü vacibdir ki, eyni vaxtda Dağlıq Qarabağ konfliktinin həllində irəliləyiş olsun, daha dəqiqi, torpaqlarımızın işğaldan azad edilməsinə başlansın.  

Prosesin bu axarda getməsi üçünsə, əlbəttə ki, ilk növbədə vasitəçi dövlətlərin Ermənistana təzyiqi olmalıdır. Bu isə hələ ki gözə dəymir. Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflərə bərabər gözlə baxılması siyasəti, onlardan bərabər güzəştlər tələb edilməsi, danışıqların imitasiyası davam edir. Bu isə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin ruhuna və tələbinə daban-dabana ziddir.

*****

Şübhəsiz ki, üç böyük dövlət - Rusiya, ABŞ və Fransa istəsə İrəvana təsir edib onu işğala son qoymağa vadar edə bilər. Di gəl, həmsədrlər bir qayda olaraq, regiona turist səfərləri ilə öz işlərini bitmiş hesab edirlər. Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin isə erməni nəşrinə müsahibəsində deyir ki, Dağlıq Qarabağa dair yekun qərar Bakının və İrəvanın əlindədir. “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz”, - deyə o bildirib.

“Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığı sahədir. Minsk Qrupunda Rusiya, Fransa və ABŞ vasitəçilik edir. Bu isə o deməkdir ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilər. Münaqişənin tənzimlənməsində yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər. ABŞ və Fransa ilə birlikdə Rusiya buna şəraitin yaradılması üçün əlindən gələni edir. Odur ki, yekun qərar İrəvan və Bakının əlindədir” - diplomat əlavə edib və bununla bir daha təmsil elədiyi ölkənin - Rusiyanın mövqeyini ifadə edib. O mövqe ki, konfliktin həm dinc yolla həllinə, həm də hərbi yolla nizamlanmasına əsas əngəl olaraq qalır.

İşğalçı Ermənistan isə hazırda bir-biri ilə faktiki, “mehriban düşmənlər” durumunda olan vasitəçi dövlətlərin, ələlxüsus Rusiyanın Qarabağ siyasətindən məharətlə yararlanaraq, ədalətli sülh anlaşmasından və konstruktivlikdən israrla qaçır, Azərbaycan ərazilərinin işğalını rəsmiləşdirmək cəhdlərindən inadla əl çəkmir.  

Təsadüfi deyil ki, bu arada Ermənistan prezidentliyinə əsas namizəd Armen Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub, Xankəndində separatçı rejimin başçısı Bako Saakyanla, erməni icmasının nümayəndələri ilə də görüşüb. Demək, o da prezident seçiləcəyi təqdirdə İrəvanın ənənəvi işğal siyasətini davam etdirəcək - təbii ki, Moskvaya əmin-arxayın olaraq. 

*****

Lakin erməni tərəfində haqlı olaraq bir müharibə xofu da yaşanır. Düşmən xüsusilə Azərbaycandan aldığı 2016-cı ilin aprel dərsini unutmayıb. Bu mənada heç bir atəşkəs rejimi işğalçını haqq elədiyi cəzadan xilas edə bilməz.

Yeri gəlmişkən, prezident İlham Əliyevin YAP-ın son qurultayında “İrəvan və Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, ora qayıtmaq strateji hədəfimizdir” sözləri də Ermənistanda xof yaradıb. İşğalçı ölkədə hətta səfərbərlik çağırışları səsləndirilir. “168 jam” qəzeti bu xüsusda Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb (Publika.az). Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb.

“Bu, təkcə ordunun hərəkətə keçməsi, silahların cəbhəyə göndərilməsi demək deyil. ilk növbədə rəqabətə davamlı dövlət modelinin yaradılmasıdır. Bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil və İlham Əliyev bu sözləri söz xətrinə söyləmir. Ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənistan buna qarşı nə etməlidir? Hazırda Ermənistandakı siyasi və iqtisadi sistem dövlətin davamlı olmadığını göstərir. Gələcəkdə dövlət olaraq qalmaq üçün təhlükəsizlik skeleti yaradılmalı, müasirləşdirmə prosesi aparılmalıdır. Azərbaycanın qarşısında gücsüz duruma düşməmək üçün vacib addımlar atılmalıdır. Ermənistanın resurslarını səfərbər etmək lazımdır. Ən vacib məqam xarici dəstəyin alınmasıdır. Çünki bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər, əks təqdirdə, Bakı strateji hədəfinə nail olacaq. Elə etməliyik ki, Azərbaycan ”İrəvan strateji hədəfimizdir" deyəndə bu, beynəlxalq etiraza səbəb olsun və dünya bunu İrəvan yox, Moskva, Vyana və Brüssel olaraq qəbul etsin", - deyə o bildirib.

“Kasprşik qrupu üzvlərinin sayının və ya formatının dəyişməsi Dağlıq Qarabağ konfliktinin nizamlanmasına təsir edə bilməz. Məgər Minsk Qrupu, KTMT aprel müharibəsindən əvvəl və sonra yox idi? Amma müharibə yenə baş verdi”. “Yeni Müsavat”ı məlumatına görə, bu sözləri isə digər erməni ekspert Levon Şirinyan Lragir.am saytına müsahibəsində bildirib.

“Odur ki, müşahidəçilərin sayının artması heç nə demək deyil. Hərçənd, mən əminəm ki, Rusiya qəti şəkildə buna qarşıdır. Doğrudur, Moskva məcbur olub ”hə" deyir. Ancaq martda Rusiyada da prezident seçkisidir. Odur ki, aprel üçün Rusiya artıq hər şeyə hazır olacaq. Putin seçkidən sonra postsovet ölkələrini yığa bilər. Mən bunu NATO-nun bizimlə təmaslarının artması ilə əlaqələndirirəm. “Sabitləşmə”dən sonra Rusiyadakı rejim postsovet məkanında “əks-hücuma” keçə bilər. İstisna deyil ki, o, məhz Ermənistandan başlayacaq", - deyə erməni ekspert əlavə edib.

*****

Ancaq bir gerçək də var ki, Rusiya ermənilərin “ətini yesə də sümüyünü atmaz”. Çünki işğalçı Ermənistan Kremlin bölgədəki yeganə legitim hərbi qalası, forpostudur. Nə qonşu Azərbaycan, nə də Gürcüstan ərazisində Rusiyanın qanuni hərbi bazaları mövcud deyil. Üstəlik, Moskva Ermənistandakı hərbi bazalar vasitəsilə böyük bir bölgəyə nəzarət edir, özünün geosiyasi maraqlarına hər hansı təhlükənin olmasına çalışır...(musavat.com)

pia.az
 










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru