Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov öz müavinini niyə “vurdu”?


Vasif Talıbov öz müavinini “vurdu” – Ali Məclis sədrinin müavini vəzifəsindən azad olunub


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib.

“AzPolitika” Naxcivan Televiziyasına istinadla bu barədə xəbər verir.

Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin”.

Mirseyid Heshimov

M.Seyidovun hansı səbəbdən vəzifəsindən azad olunduğu məlum deyil. İstisna deyil ki, bu, son aylarda Naxçıvanın hakim elitasındakı çalxalanmaların davamıdır. Məlum olduğu kimi, V.Talıbov son aylarda bir xeyli nazir, nazir müavini və digər yüksək rütbəli məmurları vəzifələrindən azad edib, onların bəzilərinin barəsində cinayət işi qaldırılıb. Bu dalğanın Ali Məclisin özünü də “vuracağı” haqda məlumatlar da olub. Lakin “vurulmağa” namizədlər sırasında M.Seyidovun yox, əsasən Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalovun adı çəkilirdi.

O da maraqlıdır ki, Ali Məclis sədrinin müavinləri seçkili vəzifələrdir – Ali Məclis tərəfindən seçilir. M.Seyidov da məhz 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov IV çağırış Ali Məclisdə də Ali Məclis sədrinin müavini olub.

M.Seyidovun Naxçıvan hökumətində elə də nüfuzunun və rolunun olmadığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar