Şərur rayonunun Axura kənd sakini, sosial qayğıya ehtiyacı olan ahıl vətəndaş Quba Abbasova üçün fərdi yaşayış evi tikilib
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evində yaradılan şəraitlə tanış olub. Sakin Quba Abbasovanın səhhəti və yaşayışı ilə maraqlanıb, ona cansağlığı və firavan həyat arzulayıb.