Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun meri ABŞ Konqresində Azərbaycandan danışdı


ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə "Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu" mövzusunda təşkil edilmiş tədbir münasibətilə Vaşinqton şəhərinin meri Müryel Bouzer təşkilatçılara müraciət edib


Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan və Gürcüstanın müsəqilliyinin 25-ci ildönümünə təəssadüf edən bu tədbir qadın sahibkarları bir araya toplamaqla onların cəmiyyətdəki rolu və töhfəsini nümayiş etdirir.

Vaşinqton meri sənəddə USACC-nin qadınların cəmiyyətimizdə və dünyada əldə etdikləri nailiyyətlərinin təşviqi sahəsindəki fəaliyyətini alqışlayıb və tədbirlə bağlı uğurlar arzulayıb.

Qeyd edək ki, tədbir barədə təşəbbüs ötən ilin sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş bir qrup qadın sahibkar tərəfindən irəli sürülüb, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənib. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə ediblər.

Tədbirdə Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan danışılmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılıb islahat və əldə edilmiş nailiyyətlər haqqında məlumat verilib. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar