Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonla Moskvanın yeni soyuq müharibəsi Rusiyaya nə vəd edir?


Politoloq: “Rusiya artıq müxtəlif addımlar ata bilər və SSRİ-nin varisi kimi hətta yaratdığı müharibə ocaqlarının miqyasını genişləndirə bilər”


“Bu vəziyyət  tək Rusiya və ya ABŞ üçün yox, bütün dünya üçün acınacaqlı nəticələrə gətirib çıxara bilər”.

Bu sözləri politoloq Arzu Nağıyev gərginləşən ABŞ-Rusiya münasibətlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞRusiya münasibətləri artıq demək olar ki, dalana dirənib və Kremldə ən yüksək səviyyədə prezident Trampa olan ümidlərin doğrulmadığını açıqca etiraf edirlər. Ümidlərini itirən Rusiya ABŞ-la diplomatik əlaqələri aşağı səviyyəyə salıb və hazırda prezident Trampın Rusiyaya qarşı yeni sanksiyalar qanunu imzalayacağı gözlənilir və hər iki tərəf soyuq müharibənin başlandığını dilə gətirməkdədir. Bundan sonra Rusiya ilə ABŞ arasında münasibətləri necə olacaq? Yaxın illərdə Rusiyanın İran və Şimali Koreya kimi Qərb sivilizasiyasından tam olaraq təcrid olunması gözlənilirmi? Ümumiyyətlə, Vaşinqtonla Moskvanın yeni soyuq müharibəsi Rusiyaya nə vəd edir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərini öyrənib.

Image result for arzu nağıyev

Arzu Nağıyev: “Bütün bu sanksiyalar Rusiya iqtisadiyyatına, daxili  və xarici siyasətinə mənfi təsir edir”.


Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasının bütünlükdə beynəlxalq aləmə mənfi təsir edə biləcəyini bildirən politoloq Arzu Nağıyevə görə, bu addım beynəlxalq hüququn ABŞ tərəfindən pozulması kimi qiymətləndirilə bilər:

“Hətta cənab Tramp ABŞ Prezidenti seçilməzdən öncə də məlum idi ki, kimin prezident olmasından asılı olmayaraq ABŞ-Rusiya münasibətləri daha da gərginləşəcək. Tramp öz seçki öncəsi vədlərində xarici siyasətdə prioritet olaraq terrorla mübarizə, İranın nüvə  proqramı ilə bağlı sanksiyalar, Koreya məsələsini, Suriya problemlərini ön palana çəkirdi və bütün bunların reallaşmasını əsaslandıran Tramp Rusiya əlaqələrin normallaşmasının zəruriyyətini vurğulayırdı. Sadəcə olaraq onun Rusiya ilə biznes və digər əlaqələrinin olması gündəmdə olduğu üçün dünya ictimaiyyəti elə başa düşürdü ki, məhz Ukrayna hadisələrinə görə başlanmış anti-Rusiya sanksiyaları bir qədər səngiyəcək. Lakin bu belə olmadı və son Putin-Tramp görüşünə ümid bağlayanlar da özlərinin yanlış düşündüklərini başa düşdülər. Çünki prezident hələ tam ABŞ və onun idarəçisi demək deyil. Rusiyada isə bu məsələ tam əksinədir. 


Arzu Nağıyev: “Artıq necə deyərlər, o “qırmızı xəttə” yaxınlaşma baş verir”. 


Nümayəndələr Palatası, yəni, Konqres Trampın istənilən fikrinə veto qoya bilir, əslində qərar qəbul edir və bu da adminstrasiyada kadr dəyişikliyi və s. gətirib çıxarır. Təbii ki, hər atılan addıma da Rusiya hələ ki, adekvat addımlar atmaq iqtidarındadır. Lakin bu çox uzun çəkə bilməz. Artıq necə deyərlər, o “qırmızı xəttə” yaxınlaşma baş verir. 

Məlumdur ki, Rusiya Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşını almaqda iştirak edən ən mühüm dövlətdir. Vaşinqton isə artıq sanksiyaları genişləndirərək, həm də Avropa üçün problemlər yarada bilər. Sanksiyalar artıq“Şimal axını-2” layihəsinə və s. layihəlri öz əhatə dairəsinə alır və bu da təbii olaraq Avropanın transmilli şirkətlərinin maraqlarını tapdalayır. Yəni, Rusiyanı “tənbeh” etməklə ABŞ-Avropa biznes balansını da dəyişdirir. Bu belə davam etsə, Avropa öz fikrini dəyişə də bilər. Çünki artıq bu sanksiyalar Avropa Birliyinin komissiya rəhbərləri  tərəfindən də kəskin tənqid olunur və onlar yeni sanksiyaları beynəlxalq hüququn ABŞ tərəfindən pozulması kimi qiymətləndirirlər.

Əlbəttə bütün bu sanksiyalar Rusiya iqtisadiyyatına, daxili  və xarici siyasətinə mənfi təsir edir və onun bir sıra federasiya subyektlərində narazılıqlara gətirib çıxara bilər. Rusiyada əsasən “müharibə partiyası”  kimi tanınan  Hərbi Sənayə Kompleksi və təbii sərvətlərdən yararlanan biznes qurumları  arasında narazılıq yarada bilər və artıq yaranıb. Bu da regional dövlətlərə də əks təsir edir. 

Belə olduğu halda Rusiya artıq müxtəlif addımlar ata bilər və SSRİ-nin varisi kimi hətta yaratdığı müharibə ocaqlarının miqyasını genişləndirə bilər. Bir sözlə, bu tək Rusiya və ya ABŞ üçün yox, bütün dünya üçün acınacaqlı nəticələrə gətirib çıxara bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar