Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonda “Xalq iqlim yürüşü” keçirildi


Vaşinqtonda ətraf mühit mühafizəçilərinin "Xalq iqlim yürüşü" keçirilib


AzərTAc bildirir ki, təxminən 15 min nəfərin iştirak etdiyi yürüşün təşkilatçıları ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə əlaqədar problemlərə və bu sahədə Donald Tramp administrasiyasının qeyri-adekvat siyasətinə yönəltməyə çalışıblar. Yürüşdə akademik dairələrin üzvləri, alimlər, dini qrupların nümayəndələri, həmkarlar ittifaqı təşkilatlarının əməkdaşları və sadə amerikalılar iştirak ediblər.

Kapitoli binasının yanından başlanan yürüş Ağ Evin qarşısında başa çatıb və burada prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Nümayişçilər yanacaq hasilatı ilə bağlı Donald Trampın siyasətinə və onun qlobal istiləşməyə etinasız münasibətinə qarşı çıxış ediblər.

Yürüş ərəfəsində ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi elan edib ki, o, öz saytını yenidən qurmağa başlayıb və iqlim dəyişikliyi haqqında elmə həsr edilmiş, hazırda "yenidən baxılır" yazılmış bölməni yığışdırmaq niyyətindədir. Nümayişçilərin çoxsaylı plakatlarında iqlim fəlakəti, okeanların çirkləndirilməsi, əkin sahələrinin məhvi və planetin deqradasiyası barədə məlumatlar əksini tapıb. Nümayişçilər Ağ Evin 190-dan çox ölkənin imzaladığı Paris İqlim Sazişindən çıxmaq planına da hiddətlərini bildiriblər.

Virtualaz.org xatırladır ki, aksiyadan əvvəl ABŞ prezidenti Donald Tramp iqlimə dair Paris razılaşmasını tənqid edib.

“Biz iqlim haqqında Paris razılaşmasına görə milyardlarla dollar ödədiyimiz halda, Çin, Rusiya və Hindistan heç nə ödəmədi və bundan bəhrələnməkdə davam edirlər”, - deyə Tramp bildirib.

“Ölkələrə bizim hesabımıza üstünlüklər əldə etməsinə bir daha imkan verməyəcəyik, çünki bundan sonra ABŞ birinci olacaq”, - deyə Tramp qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar