ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb.
Toqquşmalar nəticəsində 6 polis əməkdaşı xəsarət alıb. Etirazçılar vitrinləri və maşınların pəncərələrini sındırıblar və şəhərin mərkəzində limuzini yandırıblar.
pia.az