Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton “Mehdi Ordusu”nun komandanıyla dil tapmağa çalışır

Dövlətlərarası münasibətlərdə hamımızın görüb-izlədiyi münasibətlərin arxa planında bir də “arxa qapıdan girişmə təşəbbüsləri” kimi məlum olan proseslər mövcuddur


Misal üçün, bir-birinin əleyhinə danışan iki ölkə açılan “arxa qapı”lardan istifadə edərək, eyni zamanda yaxşı münasibətlərin təməlini də ata bilirlər.

ABŞ bir müddətdir Şimali Koreyaya yönəlik olaraq, bu “arxa qapı” diplomatiyasını yaxşı tətbiq edirdi və bunun müsbət nəticələrini də almaq üzrədir.

Ayrıca, Rusiyanın da İranla İsrailin arasını düzəltmək üçün bir müddətdir bu “arxa qapı” diplomatiyasını dövrəyə soxduğu Vaşinqtonda məlumdur.

ABŞ indi də bu “arxa qapı” diplomatiyasını İraqa yönəlik olaraq başladıb.


Seçki sonrası

 
İraqda keçirilən son seçkinin nəticələri haqqında Vaşinqtonda dəyərləndirmələrin necə aparıldığını “İraqda ABŞ-ın gözü Türkiyənin üzərində” başlıqlı, 21 may tarixli yazımda çatdırmışdım.

O seçkidə ABŞ-ın açıqca dəstəklədiyi namizəd ancaq üçüncü olunca və bir zamanlar Amerikaya qarşı döyüşən Müqtəda əs Sədrin dəstəklədiyi partiya seçkidən birinci çıxınca, Vaşinqtonda “Nələr olur?” siqnalı verilmiş və nəticələr detallı olaraq araşdırılmağa başlanmışdı.

İranın dəstəklədiyi namizədin də ikinci yerə çıxması ilə, İraqda müstəqillik tərəfdarı olan gücün yüksəldiyi və beləliklə, İrana düşmən olmamaqla birlikdə, nə onun, nə də ABŞ-ın kölgəsinə girmək istəmədiyi nəticəsinə gəlinmişdi.


Türkiyənin manevrləri izlənilir


Digər tərəfdən, Vaşinqton, İraqda xalqın Türkiyəyə yönəlik davranışında hazırda bir sərtləşmə olmadığı, bunun da ölkədə siyasi manevr edə bilmək baxımından ona bir üstünlük verdiyi nəticəsinə gəlmiş və Türkiyənin İraqdakı addımlarının izlənilməsinə qərar verilmişdir.

Əslində, bu, edilməyə də başlanıb, amma Vaşinqton eyni zamanda Müqtəda əs Sədrə və onun yaxın çevrəsinə yönəlik bir “arxa qapı” da açıb.

Vaşinqton, bir dövr nəzarətindəki “Mehdi ordusu” ilə Amerikaya qarşı döyüşən Müqtəda əs Sədrin dəstəklədiyi gücün iqtidarı müəyyən edəcək hala gəldiyi İraqda ABŞ-a qarşı silahlı bir təşəbbüsdə olub-olmayacağı sualına cavab axtarmağa başlayıb.

Sədrdən mesaj

Vaşinqtonda bu məsələyə baxmaqda olan mənbələr Müqtəda əs Sədrdən də bir mesaj gəldiyini, onun özünün və yaxın çevrəsinin ABŞ-a qarşı silahlı bir təşəbbüs içində olmadığını, ancaq uzun müddətdə ölkədə xarici hərbçi olmasını istəmədiklərini, ölkənin qarşı-qarşıya olduğu bütün təhdidlərin neytrallaşdırılmasına qədər xarici gücləri əsas məsələləri halına gətirməyəcəklərini, lakin uzun müddətdə xarici hərbçilərin necə çəkilməsinə danışıqlarla qərar veriləcəyini söylədiyini bildirib.

Türkiyə də İraqda hərbçi saxlayan ölkələr arasında olduğu üçün, uzun müddətdə xarici hərbçilərin arzu edilməməsinin Türkiyəyə necə təsir edəcəyi isə iki ölkə arasındakı münasibətlər çərçivəsində həll edilməli olan bir məsələ kimi görünür.

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 may 2018-ci il

Tərcümə Strateq.az-a məxsusdur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar