Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Çavuşoğlunun qarşıdakı səfərlərinə diqqət kəsilib

Yəqin, bilirsiniz – keçən həftə Vaşinqtonda iki gün dalbadal keçirilən komitə toplantısından sonra deyilən yazılı açıqlama verilmədi


İki ölkə arasında keçən intensiv rəsmi təmaslardan sonra heç bir açıqlama verilməməsinin iki mənası ola bilər.

Ya çox sürpriz bir qərar alınıb və bu, o qədər önəmlidi ki, daha üst səviyyədə açıqlanması üçün hələlik gizli saxlanılır. Ya da ABŞ tərəfindən 24, Türkiyə tərəfindən də 23 şəxsin iştirak etdiyi iki günlük intensiv marafonun yekununda ələ gələn nəticə alınmayıb.

Bu məsələ ilə bağlı işləyəcək insanlara “Bir yazılı açıqlama verilsəydi, bunlardan hansı doğru olardı?” deyərək, soruşdum.

Demək olar ki, hamısı “Birincisinin doğru olduğunu söyləmək mümkün deyil” cavabını verdi.

Niyə belə oldu?

Madam ki, komitə toplantısına “texniki komitə” deyilirdi, bu olan da diplomatiyada “texniki bir qalmaqal”dır.

Toplantıda iştirak edən mütəxəssis sayı da nəzərə alınarsa, hər iki ölkənin Xarici İşlər Nazirliyinin çox önəm verdiyini qeyd etməli olduğumuz bu toplantıda nəticə niyə belə oldu? Bu məsələni milli təhlükəsizlik üzrə mütəxəssis olan dostlarımla danışdım və bu məlumatları aldım:

1. ABŞ hər nə qədər “Zeytun budağı” əməliyyatının məhdudlaşdırılmasına çalışsa da, əslində, Afrin haqqında onsuz da danışmaq istəmirdi. Çünki Rusiya ilə əldə edilən anlaşmanın tələbinə uyğun olaraq, Afrin haqqında danışma məsuliyyətinin Rusiyada olduğunu düşünürlər. Bu üzdən toplantıda Afrin haqqında danışmaq üçün israr etmədilər.

2. Menbiç məsələsinə gəldikdə isə, bura da texniki olaraq Rusiyanın məsuliyyəti altına verilən bölgədə olmasına rəğmən, ABŞ buradakı mövcudluğunu davam etdirir. Burada bu işlə bağlı çalışan qurumlardakıların başında, əslində müəyyən bir mərhələdə Menbiçdəki YPG mövcudluğunu Fəartın şərqinə çəkib, bölgəni Türkiyə ilə birlikdə mühafizə altında tutmaq seçimi vardır.

Bugünədək Türkiyə buna “Bu seçimdə biz nə üçün ABŞ-la ortaq hərəkət edək, Menbiçi həqiqi sahiblərinə buraxmaq daha düzgün olmazmı?” cavabını verir.

Rusiyanın planı nədir?

Gördüyüm qədərilə, əslində, Menbiç məsələsində ABŞ-ı daha çox sıxan Türkiyənin bu davranışı deyil, Rusiyanın davranışıdır.

Rusiya, ABŞ-la Suriya haqqında apardığı gizli diplomatiya prosesində kürdlərin Menbiçdən Fəratın şərqinə çəkilməsinə qarşı olduğunu açıqca söyləyib. Bu edilərsə, onun iki ölkənin gələcək regional əməkdaşlığını təhlükəyə atacağı da bildirilib.

Rusiya, islahat aparılacaq Suriya dövlətinin mərkəzi hakimiyyəti altında ərazi bütövlüyü pozulmamış Suriyada, – adına istər konfederasiya, istər federasiya, istərsə də muxtariyyat deyin, – bir kürd muxtar hakimiyyəti düşünür.

Ruslar ABŞ tərəfinə, bunun gələcəkdə gündəliyə gətirilə bilməsi üçün suriyalı kürdlərlə mərkəzi hakimiyyəti razılaşdırmalarının və onları birlikdə yaşamağa razı salmalarının lazım olduğunu söyləyirlər.

ABŞ mənbələrinə görə, ruslar bunun Afrində də ola biləcəyini düşünürdü, ancaq son hadisələrdən sonra bunu əsasən Menbiçdə sınamağa qərar veribilər.

Son komitə toplantısında aparılan danışıqları bilən bir mənbə Türkiyənin Menbiç məsələsini sadəcə ABŞ-la müzakirə etdiyini, amma əsl müzakirə tərəfinin ruslar olduğunu, çünki bölgədə ABŞ qədər Rusiyanın da mövcud olduğunu və onların da YPG üzərində təsir üçün çalışdıqlarını söylədi.

Çavuşoğlunun "məkik diplomatiyası"

Bundan sonra nələrin olacağını anlamaq üçün Vaşinqtondakılar Xarici işlər naziri Mövlud Çavuşoğlunun qarşıdakı günlərdə edəcəyi təmasları izləyirlər. Çavuşoğlunun mart ayının 12-si ilə 14-ü arasında “Türkiyə-Rusiya strateji planlaşdırma qrupu toplantısı”na qatılmaq üçün Rusiyaya gedəcəyini, ondan sonra da “Zəmanətçi dövlətlərin Astana toplantısı”nda Rusiya Xarici işlər naziri Lavrovla və İran Xarici işlər naziri Zəriflə görüşmək üçün Qazaxıstana gedəcəyini bildirən burdakı mənbələr texniki komitə toplantısında yaranan ab-havadan sonra bu təmasların Vaşinqtonda yaxından izləndiyini və bütün məsələlərin 19 martda burada Çavuşoğlu ilə danışılacağını vurğulayırlar.

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi,12 mart 2018-ci il

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar