Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Azərbaycanı sərt tənqid etdi


İsveçin xarici işlər naziri Karl Bildt Vaşinqtonda Azərbaycan hakimiyyətinin əleyhinə sensasion bəyanatla çıxış edərək rəsmi Bakını sərt tənqid edib


“Turan” xəbər verir ki, K.Bildt Azərbaycan hakimiyyətinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak etmək cəhdlərinin səmimiliyinə şübhə etdiyini, bunun da “ölkədəki avtoritar rejimlə bağlı olduğunu” bəyan edib.

Azərbaycan xüsusi tarixçədir. Onlar neft üzərində oturublar və avtoritar siyasi inkişafla məşğuldurlar. Bu da bizə problemlər yaradır” - deyə K.Bildt Vaşinqtondakı çıxışında deyib.

Atlantik Şurasının iclasında çıxış edən isveçli nazir bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul olunduğu vaxta nisbətən indi daha çox və daha ciddi əngəllərlə üz-üzə qalıb: “Üç ölkə - Gürcüstan, Ukrayna və Moldova bu istiqamətdə fəal şəkildə irəlilədikləri halda Ermənistan Gömrük İttifaqına qoşulmağa qərar verib. Lakin İrəvanın başqa yolu da yox idi. Erməniləri Moskvaya çağırıb onları seçim qarşısında qoydular. Onları buna məcbur etdilər”.

K.Bildtin sözlərinə görə, Rusiyanın enerji ehtiyatlarından birbaşa asılı olan Belarusla bağlı vəziyyət də tam aydın deyil: “Hərçənd ki, belaruslar Rusiyanın siyasi xəttinə bütövlükdə mənfi münasibət bəsləyirlər... Hazırda Rusiya Qərb dəyərlərinə ən böyük təhlükə olaraq qalmaqda davam edir və Ukraynaya qarşı aqressiya imkanlarını istisna etmir. Lakin bu, Rusiyanın, indiki Rusiyanın sonu olardı”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar