Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Varlılara və “kafirlər”ə divan tutmaq istəyən dəstə tutuldu


MTN və DİN dövlət çevrilişinə hazırlaşan radikalları həbs etdi


Dəstə üzvləri “qanını və malını” özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlər planlaşdırıblar; demokratik qüvvələrin sıxışdırılaraq meydandan çıxarılması radikal dini cərəyanlara üz tutanların sayını niyə artırır... 

Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən radikal dindarların Azərbaycanda “şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq” məqsədilə ölkədə sabitliyi pozmaq üçün terror aksiyaları planlaşdırdıqları məlum olub.

Xatırladaq ki, bir neçə gün əvvəl MTN bu dəstənin yalnız bir neçə üzvünün konkret olaraq ötən ilin noyabrında Qəbələ“Soyuq bulaq” restoranın sahibinin öldürülməsi faktı ilə bağlı etiraflarını və görüntülərini yaymışdı. MTN-in martın 4-də yaydığı geniş məlumatda isə bildirilir ki, bu adamlar əslində mütəşəkkil dəstə yaradaraq “cihad etmək” üçün bir sıra hazırlıqlara başlayıb, hətta tabe olacaqları “əmir” də təyin ediblər.

Rəsmi məlumatda deyilir ki, həbs edilənlər Azərbaycan vətəndaşları - Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə əhali arasında vahimə yaratmaq üçün bir sıra partlayışlar və yanğınlar törətməyi planlaşdırıblar. 



Dəstə üzvləri “cihad” üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə “kafir” hesab etdikləri  varlıları hədəf seçiblər. “”Qanını və malını" özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırıblar" deyə, rəsmi məlumatda bildirilir. 

Pul əldə etmək məqsədlə radikal dəstə üzvləri Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət ediblər. MTN-in məlumatında söhbətin Mərdəkandakı hansı varlının bağından getdiyi açıqlanmır. Amma məlumdur ki, burada xeyli sayda məmur və tanınmış adamların da bağ evləri var. 

Dəstənin üzvləri, yuxarıda da qeyd etdiyimiz kimi,  2014-cü ilin noyabr ayının 24-də  Qəbələdəki  “Soyuq bulaq” restoranının sahibini amansızlıqla qətlə yetiriblər. Ölkədə ciddi əks-səda doğuran bu qətllə bağlı onu xatırladaq ki, 47 yaşlı Vahid Vahabovun gecəyarısı evinə soxulan maskalı dəstə üzvləri ona yatağından qalxmağa belə imkan verməyiblər. Hadisə vaxtı evdə V.Vahabovun həyat yoldaşı da olmuşdu və qətl onun gözü qarşısında baş vermişdi. Həmin vaxt yayılmış məlumatda o da bildirilirdi ki, V.Vahabov hadisədən bir neçə gün öncə “Prado” markalı maşınını satıbmış. Lakin dəstə basqında əlinə heç nə keçirə bilməyib.



MTN xəbər verir ki, dəstə üzvləri yenə noyabr ayının sonunda gecə Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlayıblar. 2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində “VAZ 2106" markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçaya gəliblər. Lakin özlərindən asılı olmayan səbəbdən  cinayəti həyata keçirə bilməyib, qaçırdıqları avtomaşını isə ehtiyat hissələrinə ayıraraq sonradan satıb pulunun onlara çatdırılması üçün Ağdaş rayonundakı tanışlarından birinin həyətində saxlayıb və taksi ilə Bakı şəhərinə qayıdıblar. 

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilib və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.



Keçirilmiş baxış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd “Makarov” tipli tapança, 1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd “RQD-5" tipli əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,214.2.1-ci, 28,214.2.3-cü maddələri ilə cinayət işi qaldırılıb.

Dəstənin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***

MTN mütəmadi olaraq Azərbaycanda sabitliyi poza biləcək radikal dini çevrələrdə həbslər aparır və son aylar xüsusilə Suriya və Pakistanda qeyri-qanuni silahlı dəstələrdə vuruşmuş Azərbaycan vətəndaşlarının saxlanılması da buna sübutdur.   
 


Bəzi ekspertlərin iddialarına görə, demokratik müxalifətin sıxışdırılması və zəiflədilməsindən sonra radikal dindarların Azərbaycanda hakimiyyəti zorla dəyişdirmək meylləri ciddi şəkildə artıb. Bu təhlükəli tendensiya Azərbaycana dost olmayan ölkələrin radikal dindarlar vasitəsilə ölkəmizə müdaxiləyə həvəsləndirib. Konstitusiyalı respublika quruluşuna malik Azərbaycanda “şəriət dövləti qurulması” ideyasının da “xaricdən idxal” olunduğu şübhəsizdir. 

Demokratik qüvvələrin sıxışdırılaraq meydandan çıxarılması radikal dini cərəyanlara üz tutanların sayını da, onların cəlbediciliyini də artırır. Bu səbəbdən Azərbaycan qana bulamaq istəyənlərə də xaricdən maraq artır, onlar tez təsir altına ala bilirlər, ölkəmizdə öz çirkin məqsədlərini həyata keçirmək üçün hətta silahla belə təmin edirlər.

Bu kimi radikal adamların qruplaşaraq mütəşəkkil dəstələrə yaratması və sabitliyi pozmaq cəhdləri daha çox Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin başlaması dövrünə təsadüf edir. Məlum olduğu kimi, 2012-ci ildə “Eurovision” mahnı yarışması ərəfəsi də  Bakıda terror aktlarına cəhdlər oldu, bir neçə nəfər həbs edilərək məhkəmə qarşısına çıxarıldı. Hətta sələfilərə qarşı keçirilən əməliyyatların birində təhlükəsizlik orqanları itki də verdi.
Cəmi 99 gün sonra Bakıda Avropa Yay Oyunları start götürəcək. Məlum olduğu kimi, bu tədbirə hakimiyyət çox böyük önəm verir və ciddi təhlükəsizlik tədbirləri görür. Qeyd edək ki, 17 gün davam edəcək tədbirdə 10 minədək rəsmi şəxslərin, 6000-dən çox idmançının iştirakı gözlənilir. 

Hazırda regiondakı mövcud şərtlər, xüsusən Azərbaycanı hədəf alan bir neçə bəyanat yayan İŞİD-in “əl-ayağının” hələ də tam yığılmaması, təbii olaraq bu kimi yarışlarda təhlükəsizlik, ictimai asayişin qorunması məsələsini daha da aktuallaşdırır. Martın 4-də  polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu dəstənin  daha 4 üzvünün həbs edildiyini açıqlayıblar. Onlardan da 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib. 

Belə görünür ki, ölkə daxilində radikal dini çevrələrə qarşı mübarizə qarşıdakı günlərdə daha da gücləndiriləcək.(musavat.com) 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar