Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Varisin yeri


Azad Qaradərəli yazır...


"Varisin kitabı satış rekordu qırdı”, "Varisin Türkiyədə kitabları böyük tirajla çıxır”, "Varis dünya yazarları arasında...” Bu kimi xəbərlər tez-tez saytlarımızda boy verir və hətta ciddi saytlar da bu xəbərlərlə ilgilənməyə başlayıb. Bunu qoyum burada, ötən illərdən bir-iki yarpaq yada salım.
 
Azərbaycan radiosunda çalışdığım vaxtlar idi. Uşaq verilişləri hazırladığımdan tez-tez məktəblərə gedir, xəbərlər, reportajlar hazırlayırdım. Hərdən də ərkim çatan direktorlara çıxan kitablarımdan təklif edirdim ki, bəlkə könüllü də olsa alan ola. İnsafən bir çox məktəblərdə artıq məni tanıyırdılar deyin, kitablarımdan satılırdı. Amma bir dəfə bir məktəbdə  direktorla aramızda olan söhbət yaddaşımda ağır iz qoydu. Direktor 150 səhifəlik hekayələr kitabıma baxıb dedi: "Siz də Varis, Elxan Elatlı, Çingiz Abdullayev kimi yazın, min kitabınızı alarlar... Belə hekayə isə...”
 
İxtisasca ədəbiyyat müəllimi olan direktora dedim:”Bəs Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Şıxlı kimi yazıçıları niyə şagirdlər oxuyurlar? Elə siz də tədris edirsiniz? Axı onlar da Varis kimi, o biri adlarını çəkdikləriniz yazarlar kimi yazmayıblar?”
 
"Orası elədi, e... amma indi zəmanə belə tələb edir” deyib söhbətdən yayındı direktor.
 
Təxminən bir ay əvvəl "Kitabçı” jurnalı məni və bir qrup yazarı hansısa mövzuyla bağlı dəyirmi masaya dəvət etmişdi. Varis də ordaydı. Söhbətimiz gərgin keçdi – təbii ki, Varislə. O öz "həqiqətlərini” ciddi-cəhdlə müdafiə edir və oxucunu ardınca apara bildiyini vüqarla deyirdi. Mən və mənimlə həmrəy olan xanım iştirakçı təbii ki, onu ciddi arqumentlərlə dayandıra bildik. O dərəcədə ki, hətta bayaqkı qalib pozasını dəyişməli oldu. Yəni ciddi ədəbiyyat adamlarının onun kimi yüngül ədəbiyyatçıları 7-ci dərəcəli yazar hesab etməsinin fərqindəydi... Ciddi qələm adamı və tərcüməçi kimi tanıdığım bir gənc dostumuz yol boyu Varisə haqq qazandırmağa çalışdı və dedi ki, mən təbii ki, sizinlə həmrəyəm, amma həqiqət Varisin tərəfindədir. Çünki o oxucu toplaya bilir...
 
Aydınçikin, Üzeyir Mehdizadənin, Qaraqanın fanatları da təxminən eyni arqumentlər gətirirlər: onları indi böyük bir dinləyici kütləsi dinləyir. Onlar populyardılar. Onlara pul xərcləyirlər... Hətta bir sürücüyə "Sarı çiçək” mahnısına görə irad tutan gənc oğlana qaba sürücü beləcə də dedi:”Qardaş, bu avtobusun sərnişinləri gündə yüz dəfə bu mahnını dinləyir. Hələ narazılıq eşitməmişəm. Sənin xoşun gəlmir, düş taksiylə get.” Lap elə belə.
 
...Varis dəyirmi masadan sonra mənə yaxınlaşıb tanış olduğuna görə şad olduğunu bildirdi və hətta yanımdaca köşkdən "Yazı” dərgisinin son  sayını aldı. Mənim yazılarımla ilgilənəcəyini bildirdi. Hətta kulis.az saytında görkəmli yazıçı Tofiq Qəhrəmanovla bağlı yazıma görə təşəkkür  etməyi də unutmadı.  Boyun-boğazındakı qızıl zəncirlərini oynada-oynada  uşaq olarkən mərhum Tofiq bəyi tanıdığını, intihar edərkən o məhlədə olduğunu söylədi...
 
Bu günlərdə Tofiq Qəhrəmanov haqqında Varis bəyin yazısını oxudum kulis.az-da. Amma əsərlərindən deyil, faciəli həyatından bəhs etmişdi.
 
Tofiq ciddi yazıçıydı...(kult.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar