Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Varisin yeni kitabı çıxdı


Yazıçı Varisin Azərbaycanda sayca 11-ci kitabı işıq üzü görüb


Yazıçının Kulis.aza verdiyi xəbərə görə, “Teas-press” yayın evində çıxan yeni roman "Uzaqdan gələn yağış" adlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan romanın müəllif müqəddiməsində məqsədi və məramı aydın şərh edilir:

"Sovetlərin vaxtında ət-yağ növbələrinə, müstəqilliyin ilk illərində çörək növbələrinə dayanardıq. O növbələr gözə görünən idi. Belə getsə, indi də gözəgörünməz mənəviyyat növbəsinə dayanası olacağıq. 3-cü minillikdə dünyanı bürüyən mənəvi böhran get-gedə bizi də haqlamaqdadır.

Romanı, haradasa, yaxşılıqlara bir çağırış kimi qəbul edin, mümkünsə. «Sevgi» adlı bir hədəfi «maddiyyat» və «təmənna» adlı cəlladların nişangahından çıxarmağa çalışmasaq, hələ çox itkilərimiz olacaq.

Bu roman körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçıları barədədir. O qayçılar hər dəfə  paslanmaqda ikən biz buna imkan vermir, onları yenidən itiləyib işə salırıq.

Bəlkə əl saxlayaq?!"

"Uzaqdan gələn yağış" kitabının ilkin tirajı 5000 nüsxədir, satış hüququ Libraff kitab mağazaları şəbəkəsinə məxsusdur.


Qeyd edək ki, bu il yazıçının Rusiyada, Bolqarıstanda, ABŞ-da, Türkiyədə, Özbəkistanda və Qırğızıstanda da yeni kitabları işıq üzü görəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar