Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Səmədoğlu dəfn olunur - Yenilənir


Hazırda Xalq şairi Vaqif Səmədoğlu dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılır


Vida mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və rurizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar İttifaqının sədri Anar çıxış edərək şairlə bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra şairin cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılır.
 
***
“Allah məni yarı öldür, yarı saxla ağlamağa…”
 
 Bu gün xalq şairi Vaqif Səmədoğlunun yoxluğuna təkcə yarı Nüşabə xanım deyil, bütün sevənləri ağlayır. Akademik Milli Dram Teatrına şairlə son dəfə görüşə gələnlərin ardı-arası kəsilmir.
 
Vida mərasiminə gələnlər sırasında millət vəkili Fəttah Heydərov, gənclər və idman naziri Azad Rəhimov, rejissor Oqtay Mirqasımov, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Cavanşir Quluyev, xalq artisti Fuad Poladov və başqaları da var.  
 
Millət vəkili, şair Sabir Rüstəmxanlı şairlə bağlı xatirələrini paylaşır: 

Vaqif sevgidolu insan idi. Onnu qədər həyatı sevən ikinci bir adam tanımıram. Oturuşunda-duruşunda nə qədər ciddi olsa da, daxilən o qədər yumoru sevən, zarafatcıl bir insan idi. Ömrünün son günlərində tez-tez ölümdən danışırdı, ağrısını-acısını dilə gətirirdi. Bu da təbii idi, çünki ağır xəstəliyə düçar olmuşdu. Onunla sonnucu dəfə təyyarədə qarşılaşmışdıq. O müalicəyə gedirdi. Dedi ki, sabir çox ağrıyıram. Mən də ona təsəlli verdim. Əslində ölümdən qorxan adam deyildi. Çünkü ölümsüzlüyünü hamıdan gözəl bilirdi. Elə buna görə də ölümdən çox danışırdı, çox yazırdı.
 
Vaqif Səmədoğlu 20-ci əsrin üç böyük nəhəng şairlərindən biri idi. Səməd Vurğun, Yusif Səmədoğlu və son yüzilin ən fərqli düşüncələrini özündə birləşdirən adam idi Vaqif. Milliyyətçi idi və əsl vətənpərvər idi. Səməd Vurğunun yadigarını və ədəbiyyatımızda böyük bir söz adamını bu gün itirdik. Əslində fiziki mənada itirdik, Vaqif hər zaman bizimlədir.
 
Yazıçı Seyran Səxavət Vaqif Səmədoğlunu göz yaşları içində xatırladı: Əslində mən Vaqifi məclislərdə görməyəcəyəm, bir də bizimlə birgə tost deməyəcək, danışıb-gülüb, yumorları ilə bizigüldürməyəcək. Amma vaqif həmişə yanımızda olacaq. Əlbəttə gözəl ruhu ilə. Vaqif ədəbiyyatda böyük insan idi. Vaqif sağlığında sevgi qazanan və adını əbədiyyətə yazan adam idi. Onnu bütün yazıları özünə oxşayır. Hamısı təbii, səmimidir, özüdür. Bayatılarımıza bənzəyir onun şeirləri, sanki saf bir su damlasıdır. Vaqif yenə yaşayacaq, yenə danışacaq, yenə ürəkləri fəth edəcək. Məni incidən onun həm də fiziki yoxluğudur. Bu yoxluq məni çox göynədir. Xəstə  vaxtlarında onnula görüşmək istədim, amma alınmadı. Əslində bu görüş məni çox incidəcəkdi, çünkü Vaqifi o vəziyyətdə görmək mənə asan olmayacaqdı.
 
Bəstəkar Cavanşir  Quluyev Vaqif Səmədoğlunun timsalında həm böyük ədəbiyyat adamını, həm də yaxın dostunu itirdiyini deyir: Vaqiflə dost idik. Onunla birgə əməkdaşlığımız da çox olub. Keçən il onun Generalın sonu pyesinə bir musiqi bəstələdim. Yeni bir şeirinə musiqi yazdım. Ömrü biraz da uzun ola bilərdi. Çünki həkimlər hələ onun bir neçə il də yaşayacağını demişdilər. Özü ərköyünlük etdi. Bu da tale işidir, əcəl gələndə heç kimlə hesablaşmır. Vaqif əsil dost idi, gözəl insan idi. O qədər xatirələrimiz var ki… Çətindir, çox çətindir. Mən onnu ölüm xəbərini eşidəndə inanmadım.
 
Xanəndə Canəli Əkbərov deyir ki, Vaqif Səmədoğlunun timsalında böyük ədəbiyyat adamını itirdik: Səməd Vurğunun yadigarını bu gün son mənzilə yola salacağıq. Vaqif Səmədoğlu ədəbiyyatımızda sonuncu mogikanlardan idi. Bu ağrını hələ uzun müddət unuda bilməyəcəyik. Amma təsəllimiz də var ki, onun poeziyası əsrlərboyu yaşayacaq.(publika.az)

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar