Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valeri Korovin: “Amerikalılar Ermənistanı işğal edib”


Rusiyapərəst Ermənistan Qərbin boğazında sümük idi. Nəticədə, onlar Ukraynada və Gürcüstanda sınaqdan keçmiş ssenarini tətbiq etmək qərarına gəldilər. Ermənistanda adi maydan baş verdi. Orada bunu korrupsiya əleyhinə inqilab kimi qələmə verməyə cəhd edirlər. Lakin bu narıncı ssenaridir


Bu barədə “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında rusiyalı politoloq Valeri Korovin deyib.

Ermənistanda baş verənlərin xüsusi hal olması və xalqın küçələrə korrupsiya əleyhinə çıxması barədə deyilənlər boş sözdür. Bu amerikalılar tərəfindən hazırlanmış maydandır və xüsusi heç nə yoxdur”, - Korovin bildirib.

Onun sözlərinə görə, Ermənistandakı inqilabdan sonra Rusiyanın Cənubi Qafqazda faktiki olaraq yalnız bir müttəfiqi qalıb.

Azərbaycan Rusiyanın yeganə müttəfiqinə çevrilib. Bu faktdır. O ki qaldı Gürcüstana, bu ölkə amerikalılar tərəfindən ilk olaraq işğal ediib. Hazırda Rusiyanın məhz Azərbaycanla ən strateji münasibətləri formalaşır”, - o qeyd edib.



*   *   *

Azərbaycanın güclü prezidenti var. Biz İlham Əliyevin özünü təmin edə bilən suveren dövlətin möhkəmləndirilməsi üzrə səylərini alqışlayırıq”, - bunu konfransın gedişində hərbi ekspert, “Milli müdafiə” (Национальная оборона) jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Biz Azərbaycanın ordu quruculuğu prosesini diqqətlə izləyirik. Rusiya Azərbaycanı silahla təchiz edir. Rusiya ölkənizin ordusunun möhkəmlənməsində maraqlıdır. Bizi regionda ABŞ-ın fəallaşması da narahat edir. Qoy eşitsinlər – bizə burada Sem dayı lazım deyil. Rusiya Azərbaycanın hərbi-hava məkanının örtməlidir. Rusiya Cənubi Qafqazın bu çiçəklənən bölgəsinin müstəqilliyinin və sabitliyinin qarantı ola bilər”, - Korotçenko qeyd edib.

O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunub: “Qarabağ problemi mürəkkəbdir, sadə deyil, lakin onu həll etmək lazımdır və biz bura gəlmişik ki, vəziyyətlə yerində tanış olaq”.

Korotçenkonun fikrincə, ATƏT MQ həmsədri, Azərbaycana və Ermənistana dost ölkə kimi Rusiya münaqişənin tezliklə sülh yolu ilə həllini arzulayır.

Baş redaktorun sözlərinə görə, o, Paşinyanın Rusiyadan üz çevirəcəyinə inanmır. Çünki bu, Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxara bilər. “Hər şeyi öz adı ilə çağırsaq, Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib. Əlbəttə, burada ABŞ-ın iştirakı olmadan ötüşməyib, yoxsa Amerika Yerevanda bu böyüklükdə diplomatik korpusu niyə saxlasın ki. Nə olubsa olub, nəhayətdə, erməni xalqı bu hökumətlə yaşamalıdır. Lakin bununla belə, Moskva maraqlıdır ki, bu ölkədə sabitlik qorunsun”, - o deyib.



*   *   *

RusiyaAzərbaycan qardaş və müttəqif ölkələrdir. Biz burada birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”, - öz çıxışında hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının deputatı Aleksey Yezubov bildirib.

Deputatın sözlərinə görə, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Putin, Sarkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”.

Deputat daha sonra deyib: “Qarabağ da həmçinin Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

 

*   *   *

Konfransda Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin çıxış edib. Öz çıxışında kremlyönlü ideoloq Qarabağda ön cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından söhbət açıb.

Onun sözlərinə görə, avrasiya hərəkatı hələ bir neçə il öncə Rusiya-Azərbaycan əlaqələrinin sürətlə inkişafını sezib və bu prezidentlər Putinlə Əliyevin şəxsi etimad əsasında formalaşan münasibətlərindən qaynaqlanır.

Prezidentlərin təşəbbüsünə hər iki dövlətin ekspert birliyinin nümayəndələri təkan veriblər. Dugin İzbor klubunun və Beynəlxalq Avrasiya Hərəkatının Rusiya ilə Azərbaycanın müttəfiq və tərəfdaş münasibətlərinin möhkəmlənməsi üzrə təşəbbüsündən danışıb.

Dugin qeyd edib ki, Azərbaycan Avrasiya inteqrasiyası istiqamətində baxır. Prezident İlham Əliyev İzmirdə qaz kəmərinin açılışında bəyan edib ki, bu Azərbaycanın Avrasiya çoxqütblü iqtisadi modelinə töhfəsidir. Prezident aşkar bildirib ki, bu Rusiya ilə razılaşdırılıb.

Dugin bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim burada olmağımız onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.

*   *   *

Milli Məclisin hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər qardaşlıq xarakteri daşıyır.

Ə.Hüseynli 2016-cı ilin aprelində bu kəndin Azərbaycan ordusunun xüsusi əməliyyatı nəticəsində azad edilməsi barədə danışıb. Deputatın sözlərinə görə, konfransın cəbhə xəttindən 600 metr aralıda keçirilməsi AzərbaycanRusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə birinci dərəcəli önəm verməsinin bariz nümunəsidir. Ə.Hüseynli qeyd edib ki, bu kənd Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü əsasında bərpa olunub.

*   *   *

Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər.

Bu barədə virtualaz.org Cocuq Mərcanlıdan xəbər verir.

Qonaqları hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli müşayiət edir. Virtualaz.org-un daha öncə xəbər verdiyi kimi, bu dəqiqələrdə “Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” ikinci konfransı işinə başlayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar