Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Mustafayevin motosikletinə qadağa qoyuldu



Bu gün “Qafqazinfo”da “Rəis Bakıda restoranlar açır” adlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Bakının bir sıra mərkəz küçələrində bahalı avtomobillər tıxacın yaranmasına səbəb olur. 

Bu avtomobillər eyni zamanda piyadaların keçidi üçün nəzərdə tutulan səkilərin üstünə çıxarılır və bütün bu qanunsuzluqlara yol polisləri göz yumurlar.
 
Xəbərdə daha sonra qeyd olunurdu ki, bu ərazilərdən biri də Nərimanov heykəlinin yaxınlığındakı restoranın qarşısıdır. Bu restoranın isə Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova məxsus olduğu yazılıb:
 
“Bu ərazi axşam saatlarında qeyri-qanuni park edilmiş avtomobillərin əlindən keçilməz olur. Amma bahalı avtomobil sahiblərinin bu cür kobud qayda pozuntusunun qarşısını alan yoxdur. Deyilənə görə, bu restoranın sahibi Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovdur”.
 
Məlumata görə, N.Səfərovun ANS-də vurulmasına səbəb onun teleşirkətin prezidenti Vahid Mustafayevlə arasında başverən qarşıdurması olub. Belə ki, hər kəsə məlum olduğu kimi motosiklet həvəskarı olan Vahid Mustafayevin Bakıda bir qrup dostu ilə bir neçə dəfə yüksək səsli motosikletlərlə hərəkətinin Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov tərəfindən qarşısı alınıb. Şəhərin “QAİ” rəisi ANS rəhbərinin motosikletlə hərəkətinin qarşısını alaraq ona bu cür motosikletlərlə şəhər içində hərəkətin icazə verilmədiyini xatırladıb. 
 
Vahid Mustafayev də Nuşirəvan Səfərovun qadağasına həmin yazı ilə cavab verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar