Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov “vurulan” nazirdən danışdı


“Ramiz Mehdiyev ciddi nəzarət edir”


Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovla bağlı müzakirələr səngimək bilmir. 

Nazirin gedişilə ətrafında yaranmış zəncirə hər gün daha bir halqa əlavə olunur. Halqalar artdıqca, F.Məmmədovun məngənəsinin hazır olması daha da yaxınlaşır. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni nazir Mikayıl Cabbarovun kollektivə təqdimatında vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Əslində vergilər nazirinin vəzifədən kənarlaşdırılması ilə bir çoxlarının kürsüsünün laxladığı bildirilir.

F.Məmmədovun vəzifədən gedişindən sonra hələ 2015-c ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması zamanı böyük çətinliklə də olsa dəmir barmaqlıqlardan özünü sığortalayan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun aqibətinin yaxşı olmadığı iddia edilir. İcra başçısının sabiq nazirin bacısının əri olması isə heç kimə sirr deyil. Məhz bu qohumluq X.İsgəndərovu ovaxtkı faciənin nəticələrindən sığortalamışdı.

Sabiq nazirin Şəmkirdə, Gədəbəydə, Yardımlıda “at oynatması”na səbəb kimi həmin rayonların icra başçılarının – Alimpaşa Məmmədov, Ramiz Yedigarov, Rəcəb Babaşovun bir vaxtlar Vergilər Nazirliyində yüksək postlarda çalışmaları əsas göstərilir.

Xatırladaq ki, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ramiz Yediyarov Gədəbəydə icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib.

Adları çəkilən icra başçılarının yaxın vaxtlarda vəzifədən göndəriləcəyi istisna olunmur..

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov iddiaların araşdırılmasının vacib olduğunu bildirib:

“Bəzən yazılanların hamısı həqiqəti əks etdirmir. Amma postundan kənarlaşdırılan istənilən nazir barədə bu fikirləri söyləyirlər. Düzdür, Azərbaycanda müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir. Mən həmişə bunun əleyhinə olmuşam”.

Deputat sabiq nazirin kadrlarının hansısa rayonlarda yüksək postlar tutmalarını istisna etmir:

“Fazil Məmmədova gələndə, ola bilər onun hansısa bir kadrı həmin rayonlarda yüksək posta göndərilib. Bu, istisna edilmir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu məsələlərə ciddi nəzarət edirlər. Ona görə də son vaxtlar rayonlarda kənar müdaxilələr o qədər də hiss olunmurdu”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar