Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

V Regional İnternet İdarəçilik Forumu keçirilib

BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "İnnovasiya və Tərəqqinin Açarı İnternet" mövzusunda V Regional İnternet İdarəçilik Forumu keçirilib


"APA-Economics" xəbər verir ki, tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin və ADA Universitetinin birgə dəstəyi ilə keçirilir.
 
Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumunun keçirilməsinin əsası 2012-ci ildə Bakıda təşkil edilən VII İnternet İdarəçilik Forumu ərəfəsində qoyulub və ənənə halını alaraq hər il keçirilir.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli regional innovativ inkişaf üçün internetin rolu, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və bu sahədə çatışmazlıqlar barədə müzakirələr aparmaqdır.
 
Tədbirdə "İKT startapları dövründə hökumətin və beynəlxalq təşkilatların rolu: cərəyanlar və problemlər", "İnnovativ, rəqabətə davamlı və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsində internetin rolu", "E-iştirak və Açıq Hökumətdə Azərbaycanın potensialı: təşəbbüslər və risklər", "İKT sahəsinin inkişafı üçün paydaşları cəlb etmək məqsədilə nə edilə bilər?" kimi mövzular müzakirə olunub.
 
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların nümayəndələri, elm və vətəndaş cəmiyyətinin mütəxəssisləri iştirak ediblər.
 
Forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin, ICANN-ın nümayəndələri çıxış ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar