Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üzlük çəkən firmanın sahibi kimin kürəkənidir?


BAKIDA 800 YAŞAYIŞ BİNASI “MİNALANIB”


16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümünə səbəb olmuş bugünki yanğınla əlaqədar hakimiyyət yeni qurbanların olmaması üçün tədbirlər görür. 

Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, Bakıda 800-ə yaxın yaşayış binası belə “alışan” üzləmə materialı ilə üzlənib. Üzləmə dörd növdədir və onlar hamısı bu və ya digər temperaturda yanır. 

Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb.

Birinci mərtəbələrdən yuxarıda üzləmənin demontajı daha sonra – Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcək.
İstintaq orqanları binaların məhz bu materiallarla üzlənməsinə kimin və necə icazə verdiyinin araşdırılması ilə məşğul olacaq. Təqsirkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Yanğının səbəblərinə gəlincə, üzləmə materialının hazırki və bundan əvvəlki alışmasında diversiya versiyası az ehtimal olunur. İstənilən halda, baş prokurorun yanğının səbəbinin keyfiyyətsiz üzləmə materialı olması haqqında bəyanatı çox şeydən xəbər verir.

Bu işlər “Qlobal konstrakşn” şirkəti tərəfindən həyata keçirilib. Üzləmə materialının tədarükçüsü hələki məlum deyil. Bəzi məlumatlara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı idi.
Lakin ən maraqlısı odur ki, bu şirkət kimə məxsusdur? Məlumatlı mənbənin sözlərinə görə, firmanın sahibi Azərbaycanın çox yüksək vəzifəli məmurunun kürəkənidir.

Belə hallarda çox vaxt olduğu kimi, firma sahibləri dərhal təsisçiləri dəyişir və məsuliyyətdən qaçır. Buna görə, bu halda ölkənin ali rəhbərliyinin necə davranacağı maraqlıdır – baş verənlərə prinsipial qiymət vermək istəyəcək, yoxsa “hədəfi” tapacaq? Bu sualın cavabı yaxın gələcəkdə aydın olacaq.

“AzPolitika.info”ya daxil olan məlumata görə, Bakı şəhərinə bu cür keyfiyyətsiz üzləmə materiallarını Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkəni, Suraxanı rayon YAP-ın sədri, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Seyidova məxsus firmalar gətirir. Bu məlumatın nə qədər dəqiq olduğunu deyə bilmərik. Ancaq faktdır ki, hansısa səbəbdən ciddi nəzarət həyata keçrilmir, binalar kütləvi şəkildə bu materialla üzlənir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar