Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzaq Şərqdə kütləvi qırğın silahları ilə müşahidə olunacaq müharibə təhlükəsi


Politoloq: “Son vaxtlar Şimali Koreya hakimiyyəti öz provakasiyalarını məqsədyönlü şəkildə genişləndirir”


ABŞ hərbi qüvvələrinin əlində hər an tətbiqinə tam hazır olduğu çox nəhəng hərbi planlar var. Ancaq bunu nə zaman tətbiq edəcəkləri Şimali Koreyanın konkret addımlarından asılı olacaq”.

Bu sözləri politoloq Nəsimi Məmmədli dünən gecə Şimali Koreyanın növbəti qitələr arası ballistik raket sınağını həyata keçirməsini və buna ABŞ-ın cavab olaraq atacağı taktiki addımları PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi dünən gecə Şimali Koreya növbəti ballistik raket sınağını həyata keçirib. Ballistik raket sınaqlarının keçirilməsi əmrini verən ölkə lideri Kim Çen In raketlərin buraxılışını şəxsən komanda məntəqəsindən izləyib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib. Xatırladaq ki, ballistik raketin gecə sınaqları Şimali Koreya tərəfindən ilk dəfə keçirilib. Yaponiyanın Hokkaydo adası istiqamətində buraxılan bu raket də təxminən 1000 km məsafəni qət edib və Yaponiyanın Aomori prefekturasında, xüsusi azad  iqtisadi zonadan 210 kilometr aralıda dənizə düşüb. Radarlar raketin üç hissəyə bölünməsini qeyd ediblər.. 

2017/11/45_main56456_1511948572.jpg

KXDR mətbuatı qeyd edir ki, qitələrarası ballistik raketin buraxılışı qonşu ölkələr üçün heç bir təhlükə yaratmayıb. Raketin sınağından sonra isə Şimali Koreyadan verilən açıqlamada bildirilir ki, artıq Pxenyan ABŞ-ın istənilən nöqtəsini vura bilər.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb. ABŞ və Cənubi Koreya KXDR-in ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq bölgədə ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər.

Картинки по запросу tramp və koreya

ABŞ prezidenti Donald Trump isə ölkəsinin bu problemə münasibətinin dəyişməyəcəyini vurğulayıb. “Heç bir şey dəyişə bilməz, biz bununla məşğul olacağıq, bu öhdəsindən gələ biləcəyimiz bir vəziyyətdir”, - deyə Trump söz verib və əlavə edib ki, ABŞ-ın bu problemə çox ciddi yanaşması var.

Eyni zamanda ABŞ dövlət katibi Reks Tillerson, ölkəsinin hələ diplomatik dialoq aparmaq üçün açıq olduğunu söyləyib.

“Birləşmiş Ştatlar KXDR-in təhdidlərini sülh və danışıqlar yolu ilə həlli üçün yol axtarmaqda davam edir”, - deyə dövlət katibi bildirib.

Yaponiyanın və Cənubi Koreyanın növbəti raket buraxılışını “təxribatdır və qəbul edilə bilməz” kimi dəyərləndirdi və güclü etirazını bildirdi. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili çağırılmasında israr etdi və toplantı cümə axşamı saat 00.30-a təyin olundu. Kanada, Fransa, Böyük Britaniya və digər ölkələr tərəfindən keçirilən sınaqlar qınandı. Yaponiya və Cənubi Koreyada Milli Təhlükəsizlik Şuralarının iclasları də təcili olaraq toplandı.

Xarici İşlər Nazirlərinin KXDR-yə qarşı sanksiyaların sərtləşdirilməsinin dəstəkləyəcəkləri gözlənilir.



Buna baxmayaraq son raket sınağından sonra Şimali Koreya lideri Kim Çen In artıq Şimali Koreyanın nüvə ölkəsi olduğunu və prossesin uğurla başa çatdığını bəyan edib. 

Hazırkı durumda ABŞ-ın cavab olaraq atacağı taktiki addımlar Şimali Koreyanın qarşısını almaq üçün yetərli ola bilərmi, yoxsa Uzaq Şərqdə kütləvi qırğın silahları ilə müşühidə olunacaq müharibə artıq qaçınılmazdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

Картинки по запросу nəsimi məmmədli

Nəsimi Məmmədli: “Şimali Koreya Çin və Rusiyanın sayəsində sanksiyalara tab gətirə bilir və sanksiyalar müsbət nəticə vermir”.


BMT-nin 11 ildir Şimali Koreyaya nüvə proqramını dayandırması ilə bağlı sanksiyalar tətbiq etsə də, ortada heç bir müsbət nəticənin olmadığını bildirən politoloq Nəsimi Məmmədli əlavə edib ki, Şimali Koreya uzaqmənzilli raketlərini daha da təkmilləşdirib və uğurla sınaqdan keçirməkdədir. BMT rəsmiləri də müxtəlif vaxtlarda açıq etiraf edir ki, artıq onların bütün diplomatik imkanları tükənib:

“Son vaxtlar Şimali Koreya hakimiyyəti öz provakasiyalarını məqsədyönlü şəkildə genişləndirir. Artıq açıq şəkildə ABŞ-ı hədəf alan, üç dəfə Yaponiya üzərindən Sakit Okeana uğurlu raket sınağı həyata keçirməyə müvəffəq olan aqressiv bir dövlət siyasəti həyata keçirilir. Bu siyasətin getdikcə təhlükəli şəkil alması izlənməkdədir. 

BMT 11 ildir Şimali Koreyaya nüvə proqramını dayandırması ilə bağlı sanksiyalar tətbiq etsə də, ortada heç bir müsbət nəticə yoxdur. Əksinə, Şimali Koreya uzaqmənzilli raketlərini daha da təkmilləşdirib və uğurla sınaqdan keçirməkdədir. BMT rəsmiləri də müxtəlif vaxtlarda açıq etiraf edir ki, artıq onların bütün diplomatik imkanları tükənib. Daha sərt addımları isə Çin və Rusiya BMT-də veto edərək tətbiqinə imkan vermir. Şimali Koreya Çin və Rusiyanın sayəsində sanksiyalara tab gətirə bilir və sanksiyalar müsbət nəticə vermir. 

ABŞ-Adminstrasiyası dəfələrlə Şimali Koreyaya qarşı ciddi əks tədbirləri nəzərdən keçirmiş, Koreya Yarmadasında irimiqyaslı hərbi-dəniz təlimləri keçirərək bu ölkəyə və müttəfiqlərinə güc göstərmişdi. ABŞ hərbi qüvvələrinin əlində hər an tətbiqinə tam hazır olduğu çox nəhəng hərbi planlar var. Ancaq bunu nə zaman tətbiq edəcəkləri Şimali Koreyanın konkret addımlarından asılı olacaq. Hadisələrin gedişi heç də yaxşı sonluğa işarə deyil. Tərəflər mövqeyindən geri çəkilmək istəmir və ziddiyyətlər daha da dərinləşir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar