Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib


Belçika və ABŞ-dan olan tədqiqatçılar üz cizgilərinin formalaşmasına təmin edən 15 geni müəyyən edib


Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Genetics” jurnalında dərc olunub.

Əvvələr belə genləri ayırmaq üçün gözlər arasındakı məsafə və ya ağızın eni ölçülərək nəticələr genomun xüsusiyyətləri ilə müqayisə edilirdi.

Bu dəfə alimlər tam fərqli yanaşma tətbiq edib. Onlar üzün hər hansı konkret cizgilərinə önəm verməyib. Bunun əvəzində insan simalarının 3D şəkillərindən və onların DNT nümunələrindən istifadə edib.

Hər bir sima avtomatik olaraq bir neçə hissəyə bölünüb, DNT-də isə həmin hissələrlə əlaqəli lokuslar müəyyən edilib.

Alimlər öyrənib ki, həmin sahələrdə olan genlər ana bətnində üzün inkişafı və formalaşması zamanı aktiv olur. Tədqiqat qrupu genom sahələri ilə əlaqəli genetik variantların genlərin ekspressiyasının harada və nə vaxt baş verəcəyinə cavab verdiyini müəyyənləşdirib. Aşkarlanmış genlərdən yeddisi burunun formalaşması ilə əlaqədar olub.

Hələlik DNT vasitəsilə üz cizgilərini müəyyənləşdirmək mümkünsüz görünsə də, tədqiqatçılar hesab edir ki, belə tapıntılar gələcəkdə çoxdan vəfat etmiş şəxslərin simalarının rekonstruksiya keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Texnologiya genlərlə insanın digər xüsusiyyətlərini, məsələn, neyrodegenerativ xəstəliklərə meyilliliyi əlaqələndirməyə kömək ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar