Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uve Halbax erməniləri məyus etdi



ATBMİ-nin eksperti Dağlıq Qarabağın həllindən danışdı


Almaniyanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Uve Halbax erməniləri məyus edən açıqlamalar verib.

PİA.AZ ans press-ə istinadən xəbər verir ki, alman ekspert Ermənistan mətbuatına verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə ErmənistanAzərbaycandan asılıdır:

"Qoşunların təmas xəttində vəziyyət qəflətən, bəlkə də bilməyərəkdən gərginləşə bilər. Vəziyyət nəzarətdən çıxarsa, təsadüfən müharibə başlaya bilər. Biz 20 ildən çoxdur münaqişənin hərbiləşməsinə yol verməməyə çalışırıq, lakin əhəmiyyətli nəticələr əldə etməmişik. Fikrimcə, səbəb xarici qüvvələrdə deyil, komrpomisə getmək istəməyən daxili qüvvələrdədir. Rusiya, ABŞ və ya Avropa da daxil olmaqla, kimin vasitəçilik missiyası ilə çıxış etməsindən asılı olmayaraq, münaqişənin nizamlanmasının əsas hərəkətverici qüvvəsi xarici oyunçular deyil, kompromis əldə etməli olan münaqişə tərəfləri olmalıdır".

Yeri gəlmişkən, prezident İlham Əliyev Almaniya səfəri zamanı kansler Angela Merkel Qarabağ münaqişəsi barədə bunları bildirmişdi: "Fikirimcə RusiyaErmənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər".

Göründüyü kimi, Uve Halbax da vurğunu münaqişə tərəflərinə salmaqla erməniləri inandırmağa çalışır ki, Qarabağ münaqişəsinin həlli hər şeydən Ermənistanın özünə lazımdır və burada Rusiyanın mövqeyindən çıxış etmək rəsmi İrəvana yaxşı perspektiv vəd etmir. 

Çünki bütün regional layihələrdən kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan öz imkanları hesabına bütün prioritetlərini yerinə yetirməkdədir. Münaqişənin həllinin uzanması Azərbaycandan çox Ermənistanın ziyanına işləyir. 

Alman ekspert həmçinin deyib ki, Qarabağ münaqişəsi tərəflərin razılaşdırdığı Madrid prinsipləri əsasında həll olunmalıdır.

Qeyd edək ki, Madrid prinsipləri Dağlıq Qarabağa ən yüksək status verməklə Azərbaycanın ərazi butövlüyününün bərpasını nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar