Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Usta mağazanı və oradakı ödəmə aparatını yardı

Masazırdakı mağazalardan birində quraşdırılmış ödəmə aparatının xəzinəsi aparılıb


Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Fikrət İsmayılov Masazır qəsəbəsində ona məxsus  mağazadan oğurluq edilməsi barədə məlumat verib. 

Hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan kassada olan təqribən 690 manat  pulun və mağazadakı "E-manat" ödəmə aparatının sındırılaraq içərisində olan nəğd pulun oğurlandığını müəyyən ediblər. 

Rayon polis idarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Əflatun Bayramov saxlanılıb. 

İstintaq zamanı dindirlən Bayramov əməlini etiraf edib. Onun sözlərinə görə, magazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları öz istirahəti üçün xərcləyib. Ancaq onun istirahəti çox çəkməyib və polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar