Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlarımız üçün təhlükə - missioner internet oyunları


Müasir dövrümüzdə iş yerimizi, evimizi, mobil telefonumuzu internetsiz təsəvvür etmək mümkün deyil. Təbii ki, bu texnologiyanın əvəzi yoxdur; həyatımızı, fəaliyyətimizi, koordinasiyanı asanlaşdırır, məlumat almaq, maariflənmək imkanlarımızı maksimuma çatdırır


Lakin internetlə evlərimizə elə bəlalar girir ki, bunun qarşısında hazırda çoxlarımız acizik. Söhbət internetlə yayılan, xüsusi peşəkarlıqla, cəlbediciliklə hazırlanan və uşaqların psixikasını pozmaq üçün nəzərdə tutulan missioner oyunlardan gedir. 

Yeniyetmələrimiz bu oyunlara ifrat dərəcədə aludə olublar. İlk baxışda həmin oyunlar əyləncə xarakterlidir. Reklam olmasın deyə bu oyunların adlarını yazmıram; əgər müvafiq strukturlar maraqlansa, 5 dəqiqəyə onları özləri müəyyən edə biləcəklər...

Məsələnin birinci narahatedici cəhəti bu kimi oyunların qan-qada saçması, qorxu, həyəcan, stress yaşatmasıdır. Uşaq virtual oyunda manyakcasına “qətllər törədir”, çünki qayda belə tərtib olunub. Vəhşi darvanışlar, zorakılıqlar bu oyunların əsas prioritetidir. Təxminən yarım saat “iqra” oynayandan sonra uşağa diqqət edin; əsəbi, gərgin olur, bərk həyəcandan rəngi avazıyır, ağarır.

Və ən dəhşətlisi - əksər oyunlarda yeniyetmələrə intihar aşılanır! Oyun “qəhrəmanı” özünü öldürür.

İkinci narahatlıq doğuran məsələ internet vasitəsilə şəbəkə oyunların istifadəçilərinin bildiriş bölmələrində yarışdığı, uduzduğu digər oyunçu arasında söyüş “yarışı” getməsidir.

Bir neçə gün öncə evdə planşetdə virtual tank sürən yeniyetmə övladımın rənginin birdən dəyişdiyini, cihazı hövlank kənara qoyduğunu müşahidə etdim. Hiss etdim ki, anidən gərginləşib. Soruşdum, nə oldu, planşet yandı? Dedi, yox. Dilə tutdum və məlum oldu ki, yarışdığı adamı udub və o da çox ağır bir söyüşlə “cavab verib”. Bunadək həmin oyunlarda belə bir qayda olduğunu bilmirdim. Araşdırdım ki, həmin oyunu oynayanların heç də hamısı yeniyetmələr deyil; böyüklər, gənclərdir daha çox tərbiyəsizlik edənlər!

Nəticə isə odur ki, biz tez-tez krim-xəbərlərdə internetdə bir-birinə söydüklərinə görə görüşüb dava edən, bıçaqlaşan yeniyetmə, gənclərlə bağlı məlumatlara rast gəlirik.

Əlbəttə, uşağa internet oyunlarını qadağan etmək olar. Amma bu, çıxış yolu deyil axı. Uşağı internetdən tamamilə uzaq tutmaq onun intellektual inkişafını əngəlləməkdir, məlumat bazasını əlindən almaqdır. Kompüterdə oturanda isə mütləq bir əyləncəli oyuna 10-15 dəqiqəlik də olsa baxmağa can atacaq. Uşağı qarabaqara izləmək də prinsip etibarı ilə düzgün və normal deyil. Yeniyetməyə isə virtual məkanda nəyin düz, nəyin əyri olduğunu başa salmaq olduqca mürəkkəb bir prosesdir. 
Xülasə, bu sahədə vəziyyət çox kirtikdir; problem düşündüyümüzdən də çətindir.

Elə bu yazını hazırladığım ərəfədə Milli Məclisin deputatı Sevinc Fətəliyevanın da bu kontekstdə maraqlı açıqlamasına rast gəldim.

S.Fətəliyeva bildirib ki, bəzi saytlarda cəmiyyətimiz, xüsusilə uşaqlar üçün zərərli olan informasiyalara geniş yer verirlər: “Bu gün uşaqların intihar hallarının sayı artır. Təbii ki, burada mediada yayılan müəyyən məlumatlar, informasiyalar da öz təsirini göstərir”.

Millət vəkili oyunların xüsusi təhlükə yaratdığını deyib. O bildirib ki, hazırda populyar olan oyunlar uşaqların psixologiyasına mənfi təsir edir, son hədd intiharla nəticələnir: “Bu oyun ölkəmizdə də yayılır. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Bu məsələlər qanunla tənzimlənməlidir”.

Millət vəkili ilə tamamilə razıyam və təşəkkürlər ki, Milli Məclis üzvü bu məsələnin peşinə düşüb, həyəcan təbili çalıb. 
Əlbəttə, bu məsələləri tənzimləmək çox da asan iş deyil. Amma bir sıra Avropa ölkələrinin təcrübəsi var. Məsələn, bildiyim qədər Norveçdə ölkənin rəsmi lisenziyasını almayan heç bir şəbəkə və fərdi oyunlar internetdə yayımlana bilmir, yəni onlar internet provayderləri tərəfindən bloklanır. Oxşar qaydalar əksər Avropa ölkələrində də var.

Uşaqlarımız, gələcəyimiz naminə bu əziyyətə qatlaşmağa əlbəttə ki, dəyər.

Heç şübhəsiz ki, bu missioner oyunların yayılmasında maraqlı olan qüvvələr var. Məhz yeniyetmələrin hədəf seçilməsi isə cəmiyyətimizdəki gərginliyi, aqressiyanı daha da artıracaq. Məqsəd də elə budur...

Təbii, uşaqları internetdəki zərərli vərdişlərdən, missioner oyunların təsirinə düşməkdən valideynlər özləri də qorumalıdır, əsas məsuliyyət onlarındır. Amma valideyn uşağı ayağına bağlayıb özü ilə gəzdirəsi də deyil axı. Bunun bir qanuni yolu tapılmalıdır. Çox sadə bir üsul isə rəsmən lisenziyalaşdırılmayan şəbəkə və fərdi oyunların Azərbaycanda internetlə yayımına blok qoymaqdır. Mütəxəssislər deyir ki, istək və arzu olsa, bunu etmək mümkündür.(musavat.com)

Elşad MƏMMƏDLİ

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar