Uşaqların boyunun artmasında yaranan problem və ya boy qısalığı hansısa xəstəliyin ilkin əlaməti ola bilər
Axar.az xəbər verir ki, bu sözləri pediatr, endokrinoloq Günay Cəbrayılova deyib. Onun sözlərinə görə, Turner sindromu bu gün daha çox qız analarını narahat edir:
“Bu xəstəliyə hər 3500 qız uşağından birində təsadüf edilir. Xəstəliyin başlıca əlaməti erkən yaşlarda boy qısalığı və sonrakı yaşlarda cinsi inkişafın başlamaması ilə xarakterizə olunan genetik pozuntulardır. Böyümə hormonu çatışmazlığı hər 3500-dən bir uşaqda görülür. Xəstəliyin əsas əlaməti boy qısalığı və ya böyümədə dayanmadır.
Hipotireozun rast gəlmə tezliyi isə 3500-də birdir. Problemin anadangəlmə növü müalicə olunmadıqda boy qısalığından əlavə, əqli inkişafda da geriləməyə səbəb ola bilər”.
Qeyd edək ki, 50 santimetr olaraq dünyaya gələn sağlam körpənin boyu 3 aylığında təxminən 60 santimetr, 6 aylığında 67 santimetr, 9 aylığında 72 santimetr, 1 yaşında ikən isə 75 santimetr olmalıdır.
pia.az