Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara pul vermək olarmı?


Uşaqlara cib xərci vermək lazımdırmı? Elə belə verilməlidir ya nəyəsə görə? Hansı yaşdan? Nəyə görə? Xərcləri necə nəzarətdə saxlamaq olar?

 
“Hələ işləməyə vaxtı olacaq”, “məktəb və universitetdə müvəffəqiyyətləri aşağı düşəcək”, “övladlarıma qayğısız uşaqlıq istəyirəm”, “sonra bir stəkan suyu pulsuz verməyəcəklər” və . kimi lazımsız düşüncələri kənara atın.
 
Övladlarını həddindən artıq qoruyan valideynlər nəticədə özləri tərəfindən yaradılan təhlükəsiz təxəyyül aləmini tərk etmək istəməyəcəklər.
 
İşləyərək uşaqlar bir neçə vacib məsələni anlayır:

Pul həmişə əziyyətlə qazanılır, elə belə yox. Pul “sən mənim sevimli qızımsan” deyə verilmir.
Pulun əməklə, zamanla və nəticəli şəkildə alındığını anlamaq olduqca vacibdir.
İş əyləncədir – yeni tanışlıqlar və təcrübədir.
Qazanılan pullar insanın özünə güvənini və özünü qiymətləndirmə hissini artırır. 
Nə qədər vermək lazımdır?
 
Bunu ailənin imkanları və uşağın real xərclərindən asılı olaraq müəyyənləşdirmək lazımdır. Uşaqda paxıllıq, kin və hətta oğurluq hisslərini yaratmamaq üçün çox az da yox, amma eyni zamanda onda lovğalıq və insanlara qarşı mənfəətçilik hissini yaratmamaq üçün çox da vermək lazım deyil.
 
Özünüzü heç kimlə müqayisə etməyin (başqa valideynlər və ya uşaqlarla) – Bu, naşükür və ağılsız məşğuliyyətdir. Öz vəsaitlərinizə görə yaşayın.

Uşaqlara hansı əməllərinə görə pul vermək olmaz?
Öz yatağını yığışdırdığına görə
Dişlərini təmizlədiyinə görə

Özündən sonra qabını yuduğuna görə
Ailənin böyük və kiçik üzvlərinə kömək etdiyinə görə
Qardaş və bacılarına kitab oxuduğuna görə
Məktəbdə yaxşı oxuduğuna görə (Tədqiqatlar bunun müvəffəqiyyətə təsiri olmadığını araşdırıb)
İdmanla məşğul olduğuna görə
Yaxşı davamiyyətə görə.
Sadalananlar ailə üzvlərinin hər birinin qatqısı hesab olunmalıdır və uşaqlara nəyi pulla və nəyi pulsuz etməli olduqları izah edilməlidir.
 
Uşaqlara nəyə görə pul vermək olar?

Avtomobil yuduqlarına görə
Mənzilin tam şəkildə yığışdırılması
Qonaqlar gedəndən sonra qabları yuduğuna görə
Bağ, bostanda işlədiyinə görə
Ailənin bütün üzvlərinin ayaqqabısını təmizlədiyinə görə və s.
 
Neçə müddətdən bir uşağa pul vermək olar?
 
Azyaşlı uşaqlara bir neçə gündən bir və ya həftədə bir dəfə pul vermək lazımdır, yaş artdıqca isə bunu daha gec. Uzun müddət pulu planlaşdırmağa və ondan rasional istifadə qaydalarını öyrənçəyə kömək edəcək.
 
Pulu necə xərcləməli?

“Bu mənim pulumdur, onu mən qazanmışam və istədiyim kimi xərcləyəcəm” fikirləri tamamilə səhvdir. Bu, sizin evdir, siz valideynsiniz və ailə sərvəti ilə bağlı qaydaları siz təyin edirsiniz. Məsələn, əgər siz hesab edirsiniz ki, kompüter oyunları ailə dəyərlərinizə uyğun gəlmir, siz uşağınıza bu əyləncəyə pul verməyi qadağan edə bilərsiniz.
 
Daha bir neçə qayda:

Ödəniş valideynlərin əhvalından asılı olmamalıdır.
Pulu kəsməklə cəzalandırmaq olmaz.
Uşaqların sevgisini və münasibətini “almaq” olmaz.
Öz günahını pul qarşılığında yumaq yolverilməzdir. (fins.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar