Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara işgəncə verilən bağça fəaliyyətini dayandırdı

Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı məsələ geniş ictimai reaksiya doğurub


Lent.az-ın əməkdaşı bu gün qalmaqallı bağçada olub. Adının açıqlanmasını istəməyən tərbiyəçi bildirib ki, bağça artıq fəaliyyət göstərmir: 

"Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb".

Tərbiyəçi bildirib ki, valideynlərin qalan pulları ödəniləcək: "Hazırda təhvil-təslim işləri aparılır. Hansı uşağın vaxtı bitməyibsə, onun valideyninə pulu qaytarılacaq".

Bağçanın müdirəsi Nigar Müseyibova isə açıqlama vermək istəməyib və bağçaya daxil olmağımıza icazə verməyib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülər yayılıb. Bundan sonra müvafiq qurumlar bağçanın fəaliyyəti ilə bağlı araşdırma başlayıb.

Dünən Yasamal rayon icra başçısı da "Kids Studio Uşaq Mərkəzi”ndə olub və vəziyyətlə maraqlanıb.

Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar