Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlar xarici dili hansı yaşda daha yaxşı mənimsəyirlər?


“Newsweek” dilçi alimlərin yeni araşdırmasına istinadən yazır ki, uşaqlar xarici dilin öyrənilməsinə 10 yaşa qədər başlamalıdırlar


Xarici dilin öyrənilməsinə yalnız bu yaşa qədər başlayanlar sonradan həmin dilin daşıyıcıları qədər səlis və rahat danışa bilirlər.

Alimlər bunu da bildirirlər ki, 10 yaşdan sonra insan yalnız hər hansı səbəbdən bilmədiyi ana dilini mükəmməl öyrənə bilər.

Yeni araşdırma habelə müəyyən edib ki, uşaqlar xarici dilin qrammatikasını 17-18 yaşınadək yaxşı qavraya bilirlər. Əvvəllər bunun daha erkən yaşlarda başa çatdığı düşünülürdü.

Nəticələr göstərir ki, uşaqlar 10 yaşından sonra da dili sürətlə öyrənə bilirlər, lakin onlar həmin dildə heç vaxt 100 faiz səlis danışa bilməyəcəklər. Çünki üzü 17 yaşa doğru xarici dil öyrənməyin sürəti azalmaqda davam edir.

Bu araşdırmanın müəllifi, Massaçussets Texnoloji İnstititu Boston kollecinin professoru Coşua Hertşorn (Joshua Hartshorne) deyib:

“Bizi maraqlandıran başlıca sual bu idi ki, dil öyrənmək qabiliyyəti artıq doğuş anından, yoxsa beş yaşından və ya başqa yaşdan azalır. Bu tədqiqat ilk növbədə uşaqların xarici dili yaşlılardan niyə daha yaxşı öyrənməsinin səbəbi barədə sualı cavablandırır”.

Nəticələri “Cognition” jurnalında dərc edilmiş tədqiqatı MTİ və Harvard universitetlərinin alimləri 670 min nəfər arasında sorğu keçirərək aparıblar. Bu, dilin öyrənilməsi barədə indiyədək aparılmış ən böyük araşdırmadır.

Bundan əvvəl sadəcə olaraq uşaqlarla yaşlıların dil öyrənmək qabiliyyətləri paralel araşdırılırdı. Lakin son araşdırmada başlıca diqqət qrammatikanın əxz edilməsi sürətinə yönəldilib.

Tədqiqat zamanı yaddillilərin ingilis dilini öyrənməsi prosesi nəzərdən keçirilirdi.

Bunun üçün iştirakçıların arasında anketlər paylanmışdı.

Alimlər bildirirlər ki, indi onların əsas məqsədi xarici dil öyrənmək qabiliyyətinin yaş ötdükcə niyə azaldığının araşdırılmasıdır.

Ekspertlər deyirlər ki, bu, insanın biologiyası ilə bağlı məsələ ola bilər.

Amma bir məsələ tamamilə aydındır: xarici dillərin öyrənilməsi 17-18 yaşlarınadək effektlidir.

Alimlər bildirirlər ki, hər şey bir yana, bu yaşdan sonra həyatın başqa qayğıları artmağa başlayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar