Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlar deyirlər ki...


İlqar Rəsul yazır


Lətifə

(bu, tərəfsiz və qərəzsiz bir zarafatdır)
 
 
- Nolub, yenə niyə küsmüsən, ay darvinçilərin ulu babası?
 
- Elə demə, xoşum gəlmir. Allah eləməsin insan bizdən əmələ gəlsin. Sən ki, bilirsən bu belə deyil.
 
- Bilirəm, bilirəm, zarafat elədim. Di de görüm, bu nə haldı də, kimdən küsmüsən yenə?   
 
- Uşaqlarımdan küsmüşəm.
 
- Yoox, olmaz! Sənin uşaqların bir çox insanlardan daha insandırlar. Onlardan niyə küsürsən?  
 
- Çünki uşaqlar mənə lağ eləyirlər.
 
- Nə deyirlər ki, uşaqlar?
 
- Uşaqlar deyirlər, o deputat var idi ey... Onun məntiqi ilə sənə pensiya düşür. Çünki o, deyir ki, pensiya ən qoca insanlara verilməlidir. Sən də ən qoca insansan.  
 
- Düz deyirlər də. O təfəkkürlülərin məntiqi ilə tək sənə yox ey, hətta sənin uşaqlarına da pensiya düşür. Çünki onlar da ən qoca insan sayılırlar.
 
- Yaxşı də, mən sənə dərdimi deyirəm, sən zarafata salırsan söhbəti. Sən Allah burda dedin, başqa yerdə deyib ağıllarına salma barı. Bir də görərik kəsdirdilər qapını ki, milyon illərdi vergidən yayınırsınız. Zooparkımız yıxılar.
 
- Yaxşı demərəm, küsmə.
 
- Nə bilim ey, dərd bir deyil, iki deyil!
 
- Həll elədik də bunu. Başqa nə dərdin var ki? Yoxsa arvad da nəsə deyir?
 
- Yoox, arvad heç nə demir. Əksinə, o yazıq hər dəfə televizorda Nəsimi kinosu gedəndə sayğacdan işığı söndürür ki, mənim qanım qaralmasın.
 
- Nəsiminin sənə nə dəxli var ki?
 
- Əslində, dəxli yoxdu ey. Amma uşaqlar deyir ki...
 
- Yenə uşaqlar?! Əl çək bu uşaqlardan də!
 
- Mən əl çəkirəm ey, amma onlar deyirlər axı.
 
- Nə deyirlər axı uşaqlar?!         
 
- Uşaqlar həm də deyirlər ki, sənin tüklərinin rəngi Hollandiyanın rəngindədir...
 
- ...Doğrudan aaa! Bu heç mənim ağlıma gəlmirdi. Əhsən uşaqlar! Həəə, bu artıq ciddi məsələdir!  
 
- "Ciddi" də sözdü? "Təhlükəli məsələdi" desən?!
 
- Deyirsən yəni sənin də tutub d...
 
- Demə day, dalını demə, tüklərim daha da zambaqlaşır həyəcanlananda.
 
- Həəə, vəziyyət yaxşı deyil. Bu aralar facebooka girmə, məncə. Qanın qaralmasın yəni.
 
- Mən onsuz da Hollandiya müsibəti başlayandan girmirəm facebooka. Amma uşaqlar girirlər axı...
 
- Arvada denən uşaqlar facebooka girəndə işığı sayğacdan söndürsün.
 
- Bir dəfə söndürdü, uşaqlar elə hay-küy saldılar ki...
 
- Hay-küy salıb nə dedilər ki, uşaqlar?
 
- Dedilər, Strasburqa gedib Avropa Şurasının binası qarşısında erməni dəyirmanına su tökənlərlə birgə aksiya keçirdəcəyik. Dama çıxıb avropalı meymunlardan dəstək tələb etməyə hazırlaşırdılar ki, arvad tez işığı yandırdı...  
 
- Həəə, demək sizdə də vəziyyət İrəvandakı kimi gərgindir. Məncə, sən arvada da de, elə özün də, o uşaqlarla ehtiyatlı olun bu aralar. Yəni çox üstlərinə getməyin bir müddət. Bir də gördün şəklini çəkib qoydular facebooka ki, - "eeeeyy, Hollanda" !
 
- Yoox, hələ ki, çəkə bilməzlər, çünki evdə palto ilə gəzirəm.
 
- Bəs havalar tamam qızanda neyləyəcəksən?
 
- Hələ ki, bilmirəm. Amma uşaqlar deyir ki...
 
- Hə, uşaqlar daha nələrsə də deyirlər?!
 
- Deməzlərmi? Əlbəttə deyirlər! O gün uşaqlar öz aralarında pıçıldaşırdılar ki, "bu yaxınlarda bir deputat təklif edib ki, bundan sonra hamı facebooka şəxsiyyət vəsiqəsi ilə girməlidir". Düzü bu söhbət məni bir az ümidləndirib. Əgər o alicənab deputatın dediyi kimi olsa, bizim uşaqların facebooku bağlanar, mən də yayı hamı kimi öz dərimdə keçirərəm...
 
- Birdən uşaqlar gedib ASAN xidmətdən şəxsiyyət vəsiqəsi alsalar necə olacaq?
 
- Yoox, inanmıram verələr.
 
- Niyə ki?
 
- Çünki onlara şəxsiyyət vəsiqəsi versələr, sənin məntiqinlə beşinə də pensiya düşür.
 
- Mənim yox ey, o deputatın məntiqi ilə.  
 
- Əşşi sən, o, ya da özgəsi. Nə fərqi var, hamınız birsiniz. Gör babat like yığmısansa, yekunlaşdır verilişi, gedim görüm uşaqlar nə deyirlər... (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar