Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlar arasında xərçəng xəstəliyi yayılmaqdadır


Uşaqlar arasında rast gəlinən onkoloji xəstəliklər digər yaş qruplarından xeyli fərqlənir. Leykemiya uşaqlar arasında qeydə alınan bütün bədxassəli onkoloji xəstəliklərin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır


Səhiyyə Nazirliyinin hər il fevralın 15-də qeydə olunan Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı məlumatında belə deyilir.

Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır. Bu törəmələrə neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

Qeyd edək ki, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü hər il keçirilir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq, bu xəstəliyə dair geniş əhalinin maariflənməsinə təkan verməyə çalışır. Bu gün həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir. 15 fevralda bütün dünya bir araya gələrək uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha göstərir və milyonlarla uşağın və valideynin səsinə səs verir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların cəsarətliyi və fədakarlığını qeyd edir.

Nazirlikdən qeyd ediblər ki, uşaqlar arasında xərçəng xəstəliyinin rastgəlmə tezliyi də fərqlidir. Uşaq Xərçəng Xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5-1.5 faizini təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar