Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq qatilindən sığınacaq istəmək


Şahin Mirzəyev adlı bir separatçı “azərbaycanlı”nın işğalçı Ermənistandan sığınacaq alması xəbəri yayılıb


İllərdir Rusiyada yuva salmış və ermənilərlə birgə Azərbaycan əleyhinə fəaliyyət göstərən üzdəniraq “Talış Mədəniyyət Şurası”nın üzvü Ş.Mirzəyev guya talış olduğu üçün ölkəmizdə sıxışdırıldığı, dini-milli diskriminasiyaya (?!) məruz qaldığı üçün Azərbaycanı tərk edib və düşmən tərəf də bu ünsürə və ailəsinə sığınacaq verib.

Gülünc, eyni zamanda Azərbaycan əleyhinə təbliğat savaşında uğursuz gedişdir. Görünür, onlarla erməninin qoşulduğu Bakı Sülh Platforması həqiqətən kriminal Sərkisyan rejiminin yuxusunu qaçırıb. O üzdən təlaş içində, tez-tələsik “kontur-gedişlər” tapmağa çalışırlar. Amma əbəs yerə.

Əvvəla, əsl azərbaycanlı Xocalı hərbi canilərindən olan Serj Sərkisyanın hakimiyyətindən, körpə qatilindən kömək, mərhəmət istəməz. İstəyirsə, deməli, o da eyni mənəviyyatın yiyəsi, mənliyi və insanlığı olmayan birisidir. Beləsi, artıq azərbaycanlı sayılmaya bilər – ölkədəki hansı etnik qrupu təmsil eləməsindən asılı olmayaraq. Üstəlik, bu separatçı ünsür Ermənistanda digər köklü millətlərin, müsəlman-türklərin sıxışdırılıb çıxarıldığı və monoetnik ölkəyə çevrildiyini məgər bilmir? Milli-dini diskriminasiya hardadır – Ermənistanda, yoxsa Azərbaycanda? 
İkincisi, talış xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda yüzlərlə şəhid verib. Onları şəhid edən də rusdan daha çox, Ermənistandakı faşist rejimi, sərkisyanlar olub. Bu üzdən belə bir fakt öncəliklə talışlara həqarətdir, onların heysiyyatına tüpürmək, şəhid talışların ruhunu ələ salmaqdır.

Təbii ki, Azərbaycanda heç kim milli-etnik və dini xüsusiyyətinə görə təqib edilmir, sıxışdırılmır. Yoxdur belə şey, ola da bilməz. Çünki Azərbaycan bineyi-qədimdən tolerant məmləkət olub. Azərbaycanda problem varsa da, bu, sosial-iqtisadi mahiyyətlidir və onun altını dinindən, milliyyətindən asılı olmayaraq hamı çəkir. Yəni, sıxıntılar, çətinliklər ortaqdır.

Ancaq “Meşə çaqqalsız olmaz”. Məsələ də ondadır ki, əgər Azərbaycanda Allah eləməmiş, talışların, yaxud hər hansı başqa etnik azlığın haqları məhz milli özəlliyinə görə pozulsaydı, ölkədən mühacirət kütləvi hal olardı və ermənilər də bundan gen-bol yararlanardılar. Daha Şahin Mirzəyevin “ümidinə” qalmazdılar. Amma 29 ildə işğalçı ölkə satqın Ələkrəm Hümmətovun sayəsində düşmən cəmi bircə belə “nümunə” tapıb, özünə təsəlli verir - Ələkrəm Hümmətovun özünü saya salmasaq...

Bunlar işğalçı tərəfin təbliğat maşınının boş və mənasız məşğuliyyətidir. Ən əvvəl də o səbəbə ki, indi də minlərlə övladı Azərbaycan Ordusunda şərəflə xidmət keçən qürurlu, haqqı-nahaqdan yaxşı ayıran talış xalqı heç vaxt belə ballastlara yiyəlik eləməz. Bu da başqa bir sübut: diqqət edin, Şuşada illərdir talış dilində radio verilişlər yayımlanır. Amma çifayda, özünə cənub bölgəmizdə, xaricdə auditoriya, tərəfdar toplaya bilibmi?

Zərrəcə yox. Mümkün deyil. Əsas da o səbəbə ki, talışlar Azərbaycan türkləri ilə ət-dırnaq qədər bir-birinə bağlı etnoslardır, adət-ənənələri, toy-düyünləri, dərd-sərləri demək olar, heç nə ilə fərqlənmir. O bölgədə böyümüş şəxs kimi, bunu əminliklə yaza bilərəm. Bu xüsusda sizi ona da əmin edirəm ki, düşmən tərəf boşuna vaxt itirir.

Bizi əslində daha çox daxildəki “sapı özümüzdən olan baltalar” - gizli “5-ci kolonçu”lar, Araz Əlizadə tipində antitürkçülər narahat etməlidir. Çünki onlar tək deyillər və Azərbaycan dövləti əleyhinə konkret ideoloji cərəyanı təmsil edirlər, ən qorxulusu, maskalanıblar. 

“Qoyun cildinə girmiş” bu canavarları vaxtında aşkarlayıb, onların maskasını yırtmaq və ifşa eləmək dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır. Çünki təkrar edirik: onlar bizim içimizdədir, özlərini bizlərdən biri kimi göstərməyə, zahirən seçilməməyə çalışırlar – “X günü”nə kimi...

 Zahid SƏFƏROĞLU(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar