Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşağın harada olduğunu müəyyən edən “ağıllı” saat yaradıldı


Çinin “Xiaomi” şirkəti uşaqları olan valideynləri öz yeni tərtibatı ilə xüsusi olaraq sevindirib


Lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, valideynlərə uşağının yerləşdiyi yeri müəyyən etməyə kömək edəcək “Xiaomi Child Wristwatch” “ağıllı” saatları istehsal edilib.
 
Yeni cihaz uşaq üçün də əvəzolunmaz əşya olacaq. Onlar bunu adi cihaz kimi istifadə edə biləcəklər və bununla da valideynlər rahat olacaq. Çünki uşaqlarının harada olduğu barədə məlumatlı olacaqlar. 
 
“Xiaomi Child Wristwatch” kifayət qədər uzun müddət doldurulmaya ehtiyac olmayan 1,44 düym displeyli prosessora malikdir. Həmçinin smart-saata fasiləsiz 4 sutka işləmək imkanı verəcək 420 mA/saatlıq akkumulyatoru mövcuddur. Saat xüsusi zərbəyə davamlılığı və su keçirməmək xüsusiyyəti ilə fərqlənir. Onun silikon kəməri də var ki, arzu olunan vaxt dəyişmək mümkündür.
 
Smart-saatın əsas xüsusiyyəti isə izləmə qurğusunun olması qalır. Nə qədər ki, uşaq əlindən saatı çıxarmayıb, valideynlər onun harada olduğunu müəyyən edə biləcəklər. Böyüklər interaktiv xəritədə uşaqlarının təhlükəsiz yerdə olduğunu qeyd edə bilirlər. Əgər smart-saatın sahibi qeydə alınmış zonanın çərçivəsindən çıxırsa, valideynlər bu barədə müvafiq siqnal alırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar