Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ünvanlı sosial yardımın verilməsi qaydası dəyişdiriləcək

Hazırda ölkədə 138 min 500 ailə ünvanlı sosial yardım alır


Ünvanlı sosial yardımın verilməsi qaydası dəyişdiriləcək.

Etiraf edək ki, bir çox məsələlərin həll edilməsində vətəndaşları get-gələ salan qurumların sayı azalaraq, vahid sistemdə birləşirlər. Artıq ünvanlı sosial yardım almaq istəyənlər, qapı-qapı gəzməklə yox, sadəcə bir telefon zəngilə bununla bağlı müraciət edə biləcəklər.

Şikayətçi Vəfadar Məmmədov bildirir ki, keçən ilin sentyabr ayında uşaqların sənədlərinin vaxtı qurtarmışdı: “Dekabrın 3-də sənədləri hazırlayıb vermişəm ünvanlı sosiala, 5 aydır sənədlər ordadır. Məni get-gələ salır, sənə düşmür deyir”.

Vəfadar Məmmədov kimi ünvanlı sosial yardım almaq istyənlər bundan sonra müxtəlif idarələrin qapısında gözləyib arayış almayacaq. Bu, üzücü prosedurları aradan qaldırmaq üçün yeni bir sistem tətbiq olunacaq və bu sistemə görə, ünvanlı sosial yardıma müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Elektron sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron ünvanına daxil olub, öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər.

Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin sözlərinə görə, hazırda təkliflərə baxılır: “Digər dövlət orqanlar ilə də danşıqlar aparılır. Onların bazalarına giriş əldə edildikdən sonra bu tətbiq ediləcək. Məqsədimiz məmur vətəndaş əlaqələrinin tam elektronlaşdırılması və birbaşa təmasların aradan qaldırılmasıdır”.

Eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqmətdə sərf olunması da qarşıya qoyulan əsas məqsədlərdən biridir. Lakin nazirliyin iki ildir ki, start verdiyi pilot layihə “özünə dəstək sosial yardım proqramı” deyəsən iflasa uğrayıb. Bu layihəyə görə, ünvanlı sosial yardım almaq istəyən vətəndaşa bir illik yardım bir dəfəyə ödənilirdi. Amma bunun üçün o vəsaiti xərcləyəcəyi sahə üzrə biznes plan verməliydi. Bu il isə nazirliyə bu tip müraciətlər edilməyib.

Çingiz Əliyev deyir ki, indi ünvanlı sosial yardım alanların 74 faizi təkrar sosial yardım alanlardır: “Onlara iş təklif edəndə razılaşmırlar. 90-100 AZN ayda sosial yardıma razı olurlar. Amma bu gələcəkdə onların pensiya təminatını sıfıra endirəcək”.

Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 100 AZN məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulub. Hazırda ölkədə 138 min 500 ailə ünvanlı sosial yardım alır.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar