Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unutmaq haqqında 10 kitab

Alater Bryus “The Guardian”da çap olunan yazısında unutmaq haqqında bəyəndiyi 10 kitabı seçib


Unutmaq haqqında kitabların ironik tərəfi odur ki, onlar əksərən xatırlamaq barəsində olurlar. Keçmişin çox da güvənli olmayan qeydləri – yəni xatirələr bizə əvvəllər baş verənləri dəyişdirilmiş, təhrif edilmiş şəkildə təqdim edirlər. Bunların nə cürsə aradan çıxarılması, hafizənin silinməsi, yaxud fərqli formalara yönləndirilməsi asanlıqla bir hekayənin çıxış nöqtəsi ola bilir.

Bu da həmin siyahı:

Kazuo İsiquro – Basdırılmış div

Yaddaşı silməyin siyasi təzyiq mexanizmi kimi istidaə edilməsi haqqında olan bu romanda mifik və əfsunlu şeylərə də yer verilib. Qəhrəmanlar get-gedə yaddaşlarını bərpa edərlər, nəticədə isə parçalanmış və şiddətlə dolu olan dünyanı yenidən kəşf edirlər. Belə bir dünyanı xatırlamaq daha yaxşıdır, yoxsa unutmaq?

Orlando Fayces – Qaranlıqda pıçıldaşanlar: Stalin Rusiyasında özəl həyat

Kitab Stalin dövründəki “təmizliyin” gündəlik həyata təsirini detallı şəkildə analiz edir. Şiddət vasitəsilə ictimai yaddaşın silinməyə və ya dəyişdirilməyə çalışıldığı mühitdə sıravi insanlar əksərən bu unutdurulma prosesində iş birliyi içində olsalar da, onlar həm də ictimai hafizənin sonrakı nəsillərə ötürülməsində vacib önəm daşıyırlar.

SJ Vatson – Mən yatana qədər

2011-ci ildə çap olunanda böyük uğur qazanan bu triller romanında təhkiyəçi keçmişdəki travmatik bir hadisəyə görə hər günün axırında yatanda yaşadıqlarını unudur. Keçmişi faş etmək cəhdi ətrafındakılarla onun arasında gərginlik yaradır.

Samyuel Bekket – Qodonun intizarında

Bekketin mətninin mahiyyəti güvənilməz hafizədir. Vladimir və Estraqonun dünənə aid yaddaşları çox da yaxşı deyil. Buna görə də mübahisə edirlər, eyni zamanda onları bir-birlərinə bağlayan da budur.

C.M. Kutzeye – İsanın uşaqlığı

Kutzeyeyə Bekketin təsiri açıqdır, bu kitabda isə bu təsir zirvəyə çıxır. Unudulmuş, yaxud heç bilinməyən keçmiş burda alleqorik, absurd bir dünya yaradır. Yaddaşın sabitləşdirici təsirinin yoxluğu fərdin cəmiyyətdəki yeri haqqında baş sındırmağa səbəb olur.

Con Banvil – Dəniz

Banvilin romanı bizi yaddaş və yaddaşın kim olduğumuzu təyin etməkdəki yeri barəsində düşünməyə dəvət edir. Güvənilməz təhkiyəçi Morden oxucuya parça-parça təqdim edilən bir uşaqlıq itkisi ilə üzləşir…

Tomas Eliot – Bəhrəsiz torpaq

Mədəni və tarixi referanslarla dolu olan “Bəhrəsiz torpaq” keçmişlə bağlantısını itirmiş, xatirələrin xarabalıqlar arasında tikə-parça olduğu bir dövrün panoramasıdır. Bu unutmaq halı modern dünyanın azarlı vəziyyətinin əsasını təşkil edir.

Kormak MakKarti – Yol

Post-apokaliptik bir dünyada bir atanın yurd haqqında, ərazi haqqında xatirələri onun və oğlunun isti şimala üz tutduqları səyahətdə onlara yol yoldaşı olacaq. Onlar həm xatırlamalı, həm də də keçmişdəki davranışlarını unutmalıdırlar, çünki həyatda qalmağın yeganə yolu buradan keçməkdir.

Culiyan Barns – Aqibət duyğusu

Tom Vebster keçmişdə dostlarına qarşı etdiyi qəddar bir davranış kəşf edəndə xatirələrini və özünü ifadə etdiyi əhvalatları təzədən gözdən keçirməli olur.

Dostoyevski – Yer altından qeydlər

Modern ədəbiyyatın ən məşhur personajlarından biri olan yeraltı adamı bircə xatirənin yükü altında əzilməkdədir. Arzuladığı şeyə çatmamağının yeganə səbəbi də budur. Yaddaş yükü onunla digər insanlar arasında uçurum yaradır.

Tərcümə: Qismət(sim-sim)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar