Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitetlərdə “Məzun günü” konsertləri ləğv edildi


Bakıda 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğın faciəsinə görə, universitetlərdə keçiriləcək “Məzun günü” konsert proqramları ləğv edilib


Bakı Dövlət Universitetindən (BDU) azvision.az-a verilən məlumata görə, may ayının sonlarında universitetdə “Məzun günü” ilə bağlı tədbir keçiriləcək, amma əvvəlki illərdə olduğu kimi konsert proqramı olmayacaq: “Bizdə olan məlumata görə, Bakıda baş verən dəhşətli yanğın faciəsi ilə əlaqədar universitetdə təmtəraqlı “Məzun günü” konserti keçirilməyəcək. Sadəcə olaraq rəsmi mərasim olacaq. Tələbələrə diplomlar təqdim olunacaq”.

Azərbaycan Tibb Universitetində də təmtəraqlı mərasim keçirilməyəcək: “Bizim universitetdə təmtəraqlı “Məzun günü” konserti təşkil olunmayacaq. Sadəcə məzunlarımıza diplomlar təqdim olunacaq”.

ADA universiteti “Məzun günü”nü ötən gün keçirib: “ADA universitetində “Məzun günü” ötən gün keçirildi. Heç bir təmtəraqlı mərasim olmadı. Ancaq məzunlara diplomlar təqdim olundu”.

Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, ümumilkdə bu təhsil müəssisəsində “Məzun günü”nün keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar