Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitetdən qovulan, üç dəfə ərə gedən, “təcili yardım” maşınında ölən şairə

Tatar əsilli Bella özü özünü heç vaxt şairə adlandırmırdı, özünə şair deyirdi ki, bu şairlik çox tez başlamışdı

 
 18 yaşı olanda “Oktyabr” jurnalı onun misralarını çap etdi: “Başını rıçaqa sıxıb, bərk-bərk yatır telefon dəstəyi”.  22 yaşında isə ən məşhur əsərlərini yazmışdı:

Neçə ildir küçədən keçir

Dostların addım səsləri.

Pəncərə arxasındakı qaranlıq

Gedən dostları gizləyir.

 
Bir çox sovet tənqidçiləri Bellanı “Köhnə”, “Banal” hesab edirdi, amma ideoloji ədəbiyyatdan yorulmuş sadə oxucular arasında o, sürətlə məşhurlaşdı.

Gənc qızın yaradıcılıq yolu Anna Axmatova, Boris Pasternak və Vladimir Nabokov kimi korifeylərin dövrünə təsadüf etmişdi.

19 yaşında Qorki adına Ədəbiyyat institutuna daxil olanda Bella artıq ulduz idi. Hamı onunla tanış olmağa can atırdı. Şairə ətrafındakıları nəinki şeirləri, özünəməxsus oxumaq qaydası ilə və həm də özünə əminliyi ilə heyran edirdi.

Nasir və şair Kiril Kovalci Bellanı belə xatırlayırdı: “Sanki qız kim olduğunu və rus poeziyasında nə kimi yer tutduğunu atıq bilirdi”.

Bellanın poeziyasının rus ədəbiyyatına daxil olmasına heç kim şübhə eləmirdi, İosif Brodski özü şairəni lermantov-pasternak xəttnin şəksiz varisi sayırdı. Pavel Antokolskiy adlı şair-dramaturq yazırdı: “Salam, Bella adlı möcüzə!”. Məşhur sirk artisti Leonid Yengibarov tez-tez təkrarlayırdı: “Belloçka, bu işıqlı dünyada iki faciəvi kloun var, biri sənsən, biri mən”.

Lakin üçüncü kursda ikən Bellanı universitetdən qovdular. Rəsmi sənədlərdə marksizm-leninizm üzrə fənn imtahanlarını verə bilmədiyinə görə çıxarıldığı yazılmışdı.

Əslində isə Bella Pasternaka edilən zülmü dəstəkləməkdən imtina etmişdi.

Zaman keçəcək, Bellanı universitetə bərpa edəcəklər ki, qırmızı diplom alsın. Lakin bundan sonra da o, təqib olunan sovet dissidentlərinə - Andrey Saxarova, Lev Kopelyeva, Georgi Vladimova, Vladimir Voynoviçə - dəstək olduğunu deməkdən qalmır... Onun dəstək bəyanatları “Amerikanın səsi” və “Azadlıq” radiolarında, “Nyu-York Times”da yayımlanır. Lakin bu bəyanatlar Bellaya baha başa gəlir – onun əsərlərini çap etməkdən imtina edirlər.

Bella 60-cılar şairləri arasında əsl kraliça idi: ona hörmət edirdilər, çoxu hətta ona aşiq olmuşdu. Lakin şairə qiymətini bilirdi, eşq yaşamaq imkanlarını qiymətləndirirdi. Üç rəsmi nikah və onlarla roman...

Bellanın ilk nikahı üç il çəkdi, lakin hələ indi də bu nikahı müzakirə edirlər. Yevgeni Yevtuşenko ilə o, hələ universitetdə oxuyanda tanış olmuşdu. Yevgeni onu belə xatırlayırdı: “Bella cənnət quşu kimi insanı heyran edirdi, baxmayaraq ki, əynində “Bolşeviçka” fabrikinin boz kostyumu, adi səndəlləri var idi, saçını hörmüşdü.  Nə gözəllikdə nə də poeziyada onun rəqibi var idi. Onun davranışında hətta sünilik də təbii alınırdı”.

Bella ilə Yevtuşenkonun coşqun sevgi romanı haqda hamı bilirdi, onlar dava-dalaşlarını da gizləmirdilər. Yevtuşenko arvadını pərəstişkarlara, qonşulara, hətta yaradıcılıq gecələrində verilən çiçəklərə belə qısqanırdı. Amma Bella da bu qısqanclıqlara əsaslar verirdi. Marina Vladi onun xarakterini dəyişkən kimi qiymətləndirirdi: “Elə bil səhər yağışıdır, 10 dəqiqə sonra günəş çıxır, birdən də fırtınaq qopurdu”.

Yevtuşenki ayrılığa səbəb olacaq hansısa qalmaqallardan danışmırdı, sadəcə sevgi bitdi və biz ayrıldıq, deyirdi. Bir neçə ay sonra şairənin yeni sevgisi dillərə düşdü. Bu dəfə onun seçimi kinematoqrafiya və ədəbiyyatın yeni parlayan ulduzu Vasiliy Şukşin idi. Onların sevgi romanı qısa çəkdi, amma bu müddətdə Vasili şairəni “Belə oğlan yaşayır” filminə çəkməyə macal tapdı.

Sonrakı nikah Yuri Naqibinlə oldu. “... o ağzına kimi dolu nömrədə zərif gərgin və sərt səslə öz şeirlərini oxuyanda heyranlıq və fəxr hiss edirdim. Oturmağa cəsarət etməmişdim, həyəcandan və xoşbəxtlikdən ayaqlarım qatlanırdı, o məni seçmişdi...”

Daha sonra şairənin həyatında balkar klassikinin oğlu Eldar Quliyev peyda oldu, Eldar Belladan 17 yaş kiçik idi. Az sonra onun bu adamdan bir qızı da dünyaya gəldi.

Lakin Bellanın həyatında əsas kişi teatr rəssamı, heykəltəraş və rəngkar Boris Meserer idi. Bella onunla 30 ildən artıq bir zaman yaşadı. Meserer Bella üçün qoruyucu mələk idi. Öz şeirlərindən birində o ərinə müraciət edirdi: “Mənim həyat yolumun mütəvazi bələdçisi...”

Mesererin qayğısı şairəyə həyatının son illərində böyük hədiyyə idi. Bella xərçəngdən əziyyət çəkirdi, tamamən kor olması üzündən oxuya bilmirdi. Şairəni qorumaq üçün ailəsi diaqnozu ondan gizləsə də ölümdən qoruya bilmədilər.

2010-cu ilin 29 noyabrında 73 yaşlı Bella təcili yardım maşınında dünyadan köçdü.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar