Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın ədliyyə naziri Azərbaycana gəlib


İyunun 23-də Ukraynanın ədliyyə naziri Pavlo Petrenko və nazir müavini Qiya Qesadze Azərbaycana səfərə gəliblər


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun və Ukraynanın ədliyyə naziri Pavlo Petrenkonun görüşü keçirilib. Görüşdə hüquqi sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb.
 
 F.Məmmədov məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib.
 
Ukraynalı nazir bir-birinə yaxın və dost olan ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. P.Petrenko hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
 
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi, notariat institutunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
 
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar