Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanı qarışdıran Söyün Sadıqovdur?


Ukraynada siyasi vəziyyəti gərginləşdirməyə yönələn cəhdlərin arxasında Kreml dayanır. Ancaq Ukrayna xüsusi xidmət orqanlarının iddia etdiyi kimi bu işi Rusiyaya sığınan oliqarx Kurçenkonun əliylə yox, Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovun vasitəsilə görürlər


Virtualaz.org xəbər verir ki, bu iddianı ukraynalı bloqqerlərdən biri “Korrespondent” saytında yazıb. Bundan əvvəl Söyün Sadıqovun Ukraynanın Karpatyanı bölgəsində etnik macarlar arasında separatizmi qızışdırdığı haqda məlumatlar yayılmışdı.

İndi isə iddia edilir ki, Kremlin agenti Söyün Sadıqov Mixail Saakaşvili ilə dəfələrlə gizli görüşüb. Belə ki, Sadıqov Rusiya prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun tapşırığı ilə Ukraynanın qərbində polyak və macar separatizmini qızışdırmaqla məşğuldur.



Mixail Piroqoviç

Bildirilir ki, Saakaşvilinin Sadıqovla görüşü əvvəllər bir neçə dəfə Avropada, o cümlədən Polşa ərazisində baş tutub. Belə görüşlərdən biri Lyublino ətrafında Söyün Sadıqovun dostu, 80 yaşlı Mixail Piroqoviçin evində olub. Bir sıra polyak deputatlar və siyasətçilər Piroqoviçdən xahiş ediblər ki, Saakaşvilinin Sadıqovla görüşünü təşkil etsin. Çünki Piroqoviç Rusiya biznes-elitasının maraqlarını təmsil edir, onun Ukrayna istebleşmenti və biznes strukturları ilə də güclü əlaqələri var. Polyak siyasətçilər Piroqoviçin vasitəsilə Saakaşvilini də inandırıblar ki, Poroşenkoya qarşı açıq mübarizəyə başlasın.

İddiaya əsasən Söyün Sadıqov əvvəlcə Saakaşvili ilə işləməyə tərəddüd edib. Lakin daha sonra görünür Putinlə məsləhətləşib və Saakaşviliyə kömək verməyi qərara alıb. Saakaşvilinin Sadıqovla görüşlərindən birinin ardınca gürcü siyasətçi polyak deputatların və Putinin agentinin dəstəyi ilə Ukrayna sərhədini yarıb keçib.



Bildirilir ki, Sadıqovla Saakaşvilinn məsələsini Gürcüstan DİN-in keçmiş rəhbəri Vano Merabişvili də müzakirə edib. Onun Söyün Sadıqovla sıx biznes maraqları var.

Xatırladaq ki, Saakaşvili özü də ona qarşı təqibləri Kremlin sifarişi adlandırır. Gürcüstanın keçmiş prezidentinin azərbaycanlı agentlə təmasları barədə iddiaların nə dərəcəd mötəbər olduğunu dəqiqləşdirmək mümkün deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar