Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı adam oğurluğunda Akif Çovdarov izi


Ehtimal olunur ki, oğurlanan tələbələrlə bağlı cinayətdə MTN-dəki kriminal çetenin də əli olub


Xəbər verdiyimiz kimi, Donetsk Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyev bu ilin oktyabrında naməlum şəxslər tərəfindən oğurlanıb. Bu haqda Ukrayna KİV-ində yayılan məlumatlarda bildirilirdi ki, C.Pirverdiyevlə yanaşı digər bir şəxs də oğurlanıb. 

Digər oğurlanmış şəxsin kimliyi, onun ailəsi haqda isə çox məhdud məlumat var. Həmin məlumatda bildirilirdi ki, oğurlanan bir iş adamının oğludur və Ukraynada təhsil alıb. Tələbə gəncin buraxılması üçün yaxınlarından 1 milyon dollar “xərac” tələb olunur. Həmin şəxsin kimliyi gizli saxlanılırdı. 

“Yeni Müsavat”a daxil olan məlumata əsasən, oğurlanan ikinci şəxsin Fərid adlı tələbə olduğunu yazmışdıq. Əldə etdiyimiz yeni məlumatda Fəridlə bağlı bir qədər geniş informasiya yer alır. 

Fərid  Nemət oğlu Qasımov Ukrayna Tibb Universitetinin 4-cü kursunda oxuyub. Onun atası Bakıda tanınmış diş həkimidir. Yasamal rayonunda özünə məxsus klinikası var. Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyevi oğurlayan dəstənin girovluğunda olan F.Qasımov atasının “oğru aləmi” ilə danışıqlarından sonra 350 min dollar müqabilində azad olunub. Belə məlumatlar da var ki,  F.Qasımovun hədəf seçilməsi təsadüfi olmayıb. 

Ehtimal olunur ki, onun atasının imkanlı olması haqda ifşa olunan Mahmudov-Çovdarov çetesi tərəfindən Ukraynadakı kriminal qruplaşmaya məlumat ötürülüb. Diş həkimindən 1 milyon dollar tələb edən dəstə MTN-dəki “təmizləmələrə” qədər tələb etdiyi xərac məbləğinin tam şəkildə ödənilməsində israr edib. E.Mahmudov işdən çıxarılandan, A.Çovdarov həbs ediləndən sonra isə birdən-birə məbləğ 350 min dollara qədər endirilib. Belə məlumat da var ki, F.Qasımovun atası əmlakını sataraq əldə etdiyi pullarla Ukraynaya gedib və orada əmlakın satılmasından əldə etdiyi pulları kriminal qruplaşmaya ötürməklə oğlunu girovluqdan azad etdirə bilib. 

F.Qasımov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyevlə birgə oktyabrın 13-dən 14-nə keçən gecə Kiyevdə müəmmalı şəkildə naməlum şəxslər tərəfindən oğurlanmışdı. Bununla bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

M.Pirverdiyevin oğlu oğurlanandan sonra bu fakt ictimaiyyətdən gizli saxlanıb, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilmişdi. Bildirilirdi ki, M.Pirverdiyevin oğlu Cəlal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb. İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.  Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda cəza çəkən “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı da iddia olunur.  

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun 3 üzvünü yaxalayıb. Şübhəli şəxsləri hazırda Azərbaycanda cəza çəkməkdə olan  “qanuni oğru”nun idarə etdiyi bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar